Azadə Hüseynova: "İşğaldan azad edilmiş digər ərazilər də UNESCO-nun İrs Siyahısına salınacaq"

Azadə Hüseynova: "İşğaldan azad edilmiş digər ərazilər də UNESCO-nun İrs Siyahısına salınacaq"

Şuşa şəhəri ilə yanaşı işğaldan azad edilmiş digər əraziləri də yaxın müddətdə UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına salınacaq.

"Birxeber" xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynova deyib.

"Bildiyiniz kimi, Şuşanın tarixi mərkəzinin UNESCO-nun Ümumdünya Mədəni İrsin ilkin Siyahısına salınıb. Yaxın vaxtlarda Şuşada şəhər günü keçiriləcək və belə tədbirlərin işğaldan azad edilmiş digər ərazilərində də təşkil olunacaq", - A. Hüseynova bildirib.

Qeyd edək ki, bu ilin may ayında Şuşanın tarixi mərkəzinin UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına salınması təklif olunub.

1977-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan Şuşa Tarix-Memarlıq Qoruğunun 2001-ci ildə UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilməsi bu istiqamətdə atılan mühüm addımlardan biridir.

Şuşa tarixi-memarlıq qoruğuna daxil olan abidələrindən Yuxarı və Aşağı Gövhərağa məscidləri, Xan qızı Natəvanın evi, Qarabağ xan sarayı, Vaqif türbəsi, Mirzə Salah bəy Zöhrabbəyovun yaşayış evi, Şuşa kurqanı, Şuşa mağara düşərgəsi, Şuşa qalası və digərlərini qeyd etmək olar. Şuşa şəhərində ümumilikdə 549 qədim bina, ümumi uzunluğu 1203 metr daş döşənmiş küçələr, 17 məhəllə bulağı, 17 məscid, 6 karvansaray, 3 türbə, 2 mədrəsə, 2 qəsr və qala divarları mövcud olub. O cümlədən 72 mühüm sənət və tarixi abidələri, dövlət xadimlərinin və başqa tanınmış şəxslərin evləri olmuşdu. Hazırda Mədəniyyət Nazirliyi tərəfindən qeyd edilən tarix-memarlıq abidələrin vəziyyətinin öyrənilməsi ilə bağlı işlər aparılır.

Ümumdünya Mədəni İrs Siyahısı UNESCO-nun Dünya Mədəni və Təbii İrsinin Qorunmasına dair 1972-ci il konvensiyası əsasında yaradılmışdır. Sözügedən konvensiya Ümumdünya İrs Siyahısına qəbul olunmaq üçün təbii və ya mədəni yerlərin növünü müəyyənləşdirir və müstəsna universal dəyərə malik olan abidə və məkanlar bu ümumbəşəri irs elan edilməyə layiq görülür.

Azərbaycandan bu siyahıya “Şirvanşahlar Sarayı və Qız Qalası ilə birlikdə İçəri şəhər”, “Qobustan Qaya Sənəti Mədəni Landşaftı” və “Xan sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzi” daxildir.

TURİZM TURİZM
Azərbaycana turist axını 2 dəfədən çox artıb

Azərbaycana turist axını 2 dəfədən çox artıb

TURİZM TURİZM
Xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 2,5 dəfə artıb

Xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 2,5 dəfə artıb

TURİZM TURİZM
Azərbaycan Qazaxıstanın aeroportlarını marketinq tərəfdaşına çevirə bilər

Azərbaycan Qazaxıstanın aeroportlarını marketinq tərəfdaşına çevirə bilər

TURİZM TURİZM
Şamaxı 2023-cü il üçün türk dövlətlərinin turizm paytaxtı seçilib

Şamaxı 2023-cü il üçün türk dövlətlərinin turizm paytaxtı seçilib

TURİZM TURİZM
Gürcüstan I yarımildə azərbaycanlı turistlərdən 39 milyon dollar gəlir götürüb

Gürcüstan I yarımildə azərbaycanlı turistlərdən 39 milyon dollar gəlir götürüb

TURİZM TURİZM
Sabirabadda 122 yaşlı hamam məhv olmaq üzrədir

Sabirabadda 122 yaşlı hamam məhv olmaq üzrədir

TURİZM TURİZM
Turizm Bürosu: “Ölkədə qonaq evlərinin sayının artımı hotellərin qiymətinə təsir edəcək”

Turizm Bürosu: “Ölkədə qonaq evlərinin sayının artımı hotellərin qiymətinə təsir edəcək”

TURİZM TURİZM
Fuad Nağıyev: “Azərbaycana gələn turistlərin 55%-i islam ölkələrinin payına düşür”

Fuad Nağıyev: “Azərbaycana gələn turistlərin 55%-i islam ölkələrinin payına düşür”

TURİZM TURİZM
Heydər Əliyev Beynəlxalq Aeroportu “LOT” aviaşirkətinin ilk reysini qəbul edib

Heydər Əliyev Beynəlxalq Aeroportu “LOT” aviaşirkətinin ilk reysini qəbul edib

TURİZM TURİZM
Bakıda İslam Əməkdaşlıq Təşkilatının turizm nazirlərinin iclası keçirilir

Bakıda İslam Əməkdaşlıq Təşkilatının turizm nazirlərinin iclası keçirilir

TURİZM TURİZM
Rusiyanın iki aviaşirkəti Azərbaycanın şəhərlərinə uçuşlar həyata keçirəcək

Rusiyanın iki aviaşirkəti Azərbaycanın şəhərlərinə uçuşlar həyata keçirəcək

TURİZM TURİZM
Suqovuşanın turizm potensialının geniş olması hansı imkanlar yaradacaq?

Suqovuşanın turizm potensialının geniş olması hansı imkanlar yaradacaq?