Azərbaycan çempionatı: “Qarabağ” və “Bakı” qələbə qazanıblar

Azərbaycan çempionatı: “Qarabağ” və “Bakı” qələbə qazanıblar

Kişi həndbolçulardan ibarət komandalar arasında Azərbaycan çempionatlarında IX tura start verilib.

“Report”un məlumatına görə, ilk gündə iki oyun keçirilib.

“AHF Arena” İdman Kompleksində baş tutan matçlarda “Qarabağ” “İdman Akademiyası”nı (36:16), “Bakı” isə “Təhsil”i (40:23) məğlub edib. Bu nəticələrdən sonra həm “Qarabağ”, həm də “Bakı” xal ehtiyatını 10-a çatdırıb.

Tura fevralın 4-də keçiriləcək “Kür” – “Dinamo” oyunu ilə yekun vurulacaq.