HƏMAS tərəfdarları ABŞ-nin İtaliyadakı konsulluğuna hücuma görə məsuliyyəti öz üzərinə götürüb

HƏMAS tərəfdarları ABŞ-nin İtaliyadakı konsulluğuna hücuma görə məsuliyyəti öz üzərinə götürüb

HƏMAS-ın tərəfdarları ABŞ-nin İtaliyanın Florensiya şəhərindəki Baş konsulluğuna edilən hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

“Report” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, sosial şəbəkələrdə “Bütün dünya HƏMAS-dır” adlı video yayılıb. Hücumdan əvvəl ABŞ Baş Konsulluğunun görüntülərinin yer aldığı videonu HƏMAS tərəfdarları hazırlayıb.

Qeyd edək ki, fevralın 1-nə keçən gecə bir qrup naməlum şəxs diplomatik nümayəndəliyin binasını yandırmağa cəhd edib.