İraq XİN ABŞ-nin müvəqqəti işlər vəkilinə etiraz notası veriləcək

İraq XİN ABŞ-nin müvəqqəti işlər vəkilinə etiraz notası veriləcək

İraq Xarici İşlər Nazirliyi (XİN) ABŞ-nin müvəqqəti işlər vəkilini nazirliyə çağıraraq ölkə ərazisinə endirilən zərbələrə görə ona etiraz notası təqdim ediləcək.

“Birxeber.Az” xəbər verir ki, bu barədə xarici KİV İraq Xarici İşlər Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.

“Amerikanın İraqın mülki və hərbi obyektlərinə qarşı təcavüzünə etiraz olaraq Xarici İşlər Nazirliyi ABŞ-nin Bağdaddakı səfirliyinin müvəqqəti işlər vəkilini rəsmi etiraz notası təqdim etmək üçün nazirliyə çağırır”, - məlumatda bildirilir.

Qeyd edək ki, ABŞ-nin İraqın qərbindəki Ənbar əyalətinə endirdiyi aviazərbələr nəticəsində 16 nəfər ölüb.