Xəzərdə dayazlaşma dinamikası narahatlıq doğurur - Azərbaycan lideri

Xəzərdə dayazlaşma dinamikası narahatlıq doğurur - Azərbaycan lideri

Biz ətraf mühitin bugünkü vəziyyəti ilə əlaqədar sahilyanı dövlətlərin narahatlığına şərikik. Azərbaycan Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Xəzərin bioloji su ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi üzrə komissiya çərçivəsində Xəzəryanı dövlətlərin uğurlu qarşılıqlı fəaliyyəti davam edir. 

Birxeber xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışı zamanı bildirib.

"Bu ilin sonunda Bakıda “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının tərəflərinin VI konfransının keçirilməsi nəzərdə tutulub. Bu gün məhdud tərkibdə görüşdə biz xüsusi narahatlıq doğuran məsələlər, konkret olaraq Xəzər dənizinin dayazlaşması barədə həmkarlarımızla fikir mübadiləsi apardıq. Biz bunu uzun illər boyu müşahidə edirik və təəssüf ki, dayazlaşma dinamikası narahatlıq doğurur. Buna görə biz fikir mübadiləsi apardıq və yəqin ki, nümayəndə heyətlərimiz belə ekoloji fəlakətin səbəblərinin aşkar edilməsi və Xəzərin bundan sonrakı dayazlaşmasının qarşısını almağa yönəlmiş tədbirlərin müəyyənləşdirilməsi üçün xüsusi ekspert qruplarının yaradılması işini davam etdirəcəklər", - deyə dövlət başçısı bildirib.

Birxeber
SİYASƏT SİYASƏT
Azərbaycanla Qətər arasında viza rejimi ləğv edildi

Azərbaycanla Qətər arasında viza rejimi ləğv edildi

SİYASƏT SİYASƏT
Nazir Rusiya və Ermənistan XİN başçıları ilə görüşdə sərhədlərin delimitasiyasına dair danışıqlara başlamağın əhəmiyyətini vurğulayıb

Nazir Rusiya və Ermənistan XİN başçıları ilə görüşdə sərhədlərin delimitasiyasına dair danışıqlara başlamağın əhəmiyyətini vurğulayıb

SİYASƏT SİYASƏT
Ərdoğanla Merkel görüşdü: "Fərqli düşüncələrimiz ola bilər, ancaq..."

Ərdoğanla Merkel görüşdü: "Fərqli düşüncələrimiz ola bilər, ancaq..."