İraqda Türkiyə ordusunun əsgəri şəhid olub - YENİLƏNİB

İraqda Türkiyə ordusunun əsgəri şəhid olub  - YENİLƏNİB

İraqda Türkiyə ordusunun əsgəri şəhid olub.

APA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilib ki, İraqın şimalında PKK terrorçularının açdığı atəşi nəticəsində 1 əsgər şəhid olub, 2 əsgər isə yaralanıb.

***

14:02

Türkiyə ordusu İraqın şimalındakı Kandil vilayətində PKK terrorçularına qarşı əməliyyat keçirib.

APA Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, həyata keçirilən hava əməliyyatı zamanı 2 PKK terrorçusu zərərsizləşdirilib.