Qazaxda avtomobillər toqquşub, 4 nəfər xəsarət alıb

Qazaxda avtomobillər toqquşub, 4 nəfər xəsarət alıb

Qazax rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Qazax şəhərində, yanacaqdoldurma məntəqələrinin birinin yaxınlığında qeydə alınıb.

Belə ki, "VAZ" markalı avtomobilin digər minik avtomobili ilə toqquşması nəticəsində 1997-ci il təvəllüdlü S.Qocayev, 1994-cü il təvəllüdlü G.Orucov, 2001-ci il təvəllüdlü H.Əliyev və 2000-ci il E.Kərimov xəsarət alıblar.

Zərərçəkənlər Qazax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.