Seneqalda miqrantların olduğu qayıq aşıb, 8 nəfər ölüb

Seneqalda miqrantların olduğu qayıq aşıb, 8 nəfər ölüb

Seneqalın cənubunda qanunsuz miqrantları daşıyan qayığın aşması nəticəsində azı 8 nəfər ölüb.

"Birxeber" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Ziqinçor bölgəsindəki Kafutin rayonunun sahillərində baş verib.

Regionun qubernatoru Guej Dioufin jurnalistlərə verdiyi məlumata görə, gəmidə 100-dən çox miqrant olub, onlardan 92-si xilas edilib.

Faktla bağlı araşdırma aparılır.