Bakıda memarlıq binasına baxış keçirilib

Bakıda memarlıq binasına baxış keçirilib

Bakı şəhəri Neftçilər prospekti 61 ünvanındakı memarlıq binasının fasadında aparılan işlərlə bağlı baxış keçirilib.

"Birxeber.Az"un xəbərinə görə, məsələ ilə əlaqədar bu gün səhər saatlarında podratçı şirkətin mütəxəssisləri və memar Elçin Əliyevin iştirakı ilə qeyd edilən ünvandakı binaya keçirilən baxış zamanı burada həyata keçirilən işlər qənaətbəxş sayılmış, cüzi nöqsanlar aşkar edilsə də binaya zərər vurulması xəbəri öz təsdiqini tapmayıb.

Elmlər doktoru, professor, memar Elçin Əliyev tərəfindən təmir işlərini aparan şirkətin nümayəndələrinə müvafiq tövsiyələr verilib və aşkar edilən cüzi nöqsanların ən qısa vaxtda aradan qaldırılması tövsiyyə olunub.