Azərbaycan atıcıları Dünya Kubokunda iştirak edəcəklər

Azərbaycan atıcıları Dünya Kubokunda iştirak edəcəklər

Atıcılıq üzrə Azərbaycan millisinin üzvləri Mərakeşin paytaxtı Rabatda keçiriləcək Dünya Kubokunda iştirak edəcəklər.

“Report”un məlumatına görə, mötəbər yarışda yığmanın 7 atıcısı qüvvəsini sınayacaq.

Səngər stendi komandasının heyətində Aydan Camalova, Əli Hüseynli, Ülviyyə Eyvazova, Sabir Mehdizadə, Alina Rəfixanova, Tamerlan Məmmədov və Əlimirzə Quliyev mübarizə aparacaqlar.

Qeyd edək ki, Dünya Kuboku 4-13 fevral aralığında təşkil olunacaq.