ABŞ-də polis evin qarajında köhnə nüvə raketi tapıb

ABŞ-də polis evin qarajında köhnə nüvə raketi tapıb

ABŞ-də Vaşinqton polisi şikayət əsasında bir evin qarajında köhnə və paslanmış nüvə raketi tapıb.

Birxeber.Az BBC-yə istinadən xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinin Ohayodakı Milli Muzeyi qeyri-adi ianə təklifi ilə bağlı Bellevue şəhər polisinə zəng vurub. Bundan sonra polis raketi muzeyə bağışlamaq istəyən şəxsin evinə bomba zərərsizləşdirmə qrupu göndərərək boş vəziyyətdə olan sursatın nüvə raketi olduğunu müəyyən edib.

Polis tapılan raketin əvvəllər MB-1 kimi tanınan Douglas AIR-2 Genie tipli, nüvə başlığı daşımaq üçün nəzərdə tutulmuş raket olduğunu bildirib. Polis raketin heç bir döyüş başlığı olmadığı üçün təhlükə yaratmadığını qeyd edib.

Raketin sahibi polisə bildirib ki, raketi mərhum qonşusundan alıb. "Seattle Times" qəzetinin yazdığına görə, raket soyuq müharibə dövründə ABŞ və Kanada tərəfindən istifadə edilib. İlk və yeganə atışı 1957-ci ildə həyata keçirilən raketin istehsalı 1962-ci ildə başa çatıb.