BTQ-nin Gürcüstan hissəsinin modernləşdirilməsi bu il başa çatacaq

BTQ-nin Gürcüstan hissəsinin modernləşdirilməsi bu il başa çatacaq

Gürcüstanda dəmir yolu magistrallarının, o cümlədən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin modernləşdirilməsi layihələri 2024-cü ildə başa çatdırılacaq.

“Birxeber.Az” Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu barədə “Avropa dövlətinin qurulması naminə” adlı hökumət proqramında deyilir.

“Bu, Asiya ilə Avropa arasında yükdaşıma müddətini xeyli azaldacaq ki, bu da ölkə ərazisindən əlavə yük axınının cəlb edilməsi üçün zəruri şərtdir”, - proqramda qeyd olunub.

Bundan başqa, sənədə əsasən, yüksək sürətli dəmir yolu əlaqələrinin inkişafı üçün araşdırmalar aparılır: “Bu məqsədlə ölkənin dəmir yolu sisteminin mövcud vəziyyətinin qiymətləndirilməsi, sərnişin və yük dəmir yolu xidmətlərinə tələbatın qiymətləndirilməsi üçün bazar təhlilinin hazırlanması və yüksək sürətli dəmir yolu hərəkətlərinin inkişafı üçün dəmir yolu şəbəkəsi planının hazırlanması nəzərdə tutulur.

"Tbilisi-Maxincauri əsas dəmir yolunun modernləşdirilməsi layihəsi çərçivəsində Rikota aşırımında 38 kilometr yeni hissənin tikintisi, mövcud 23 kilometrlik hissənin yenidən qurulması planlaşdırılır. Altı tunelin tikintisi artıq başa çatıb, onlardan birinin uzunluğu 8,3 min metr təşkil edəcək. Eyni zamanda, 3 tunel artıq işləyir, üçündə isə işlər başa çatdırılır", - deyə proqramda vurğulanıb.