“Neftçi”nin zədəli futbolçularının durumu müəyyənləşib

“Neftçi”nin zədəli futbolçularının durumu müəyyənləşib

“Neftçi”nin zədəli futbolçularının durumu müəyyənləşib.

“Report”un klubun mətbuat xidmətinə istinadən məlumatına görə, “ağ-qaralar”ın 3 oyunçusu hələ də kollektivə qoşulmayıb.

Qapıçı İvan Brkiç müalicə prosesini davam etdirir. Bir müddətdir zədəli olan vinger Kilan Lebon hələ də fərdi olaraq hazırlaşır. Fələstin millisi ilə Asiya Kubokunda çıxışını başa vuran yarımmüdafiəçi Ataa Caber isə müalicə alır.

Bundan başqa, müdafiəçi Azər Salahlı ötən turda 4-cü sarı vərəqəsini alaraq cəzalı duruma düşdüyü üçün, Premyer Liqanın XXI turunda “Sumqayıt”la səfər oyununu buraxacaq.

Qeyd edək ki, fevralın 4-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək görüş saat 15:00-da başlayacaq.