Qızıl bahalaşıb

Qızıl bahalaşıb

ABŞ-ın dövlət istiqrazlarının gəlirliliyinin azalması fonunda qızıl bahalaşıb.

“Birxeber” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın avqust fyuçersləri 0,07% və ya 1,4 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1 822,6 ABŞ dollarına satılıb. Gümüşün sentyabr fyuçerslərinin qiyməti isə 0,23% artaraq 1 unsiyası 20,858 ABŞ dolları təşkil edib.

Qiymətli metalın qiymətinin artmasına ABŞ-ın dövlət istiqrazlarının gəlirliliyinin azalması təsir göstərib. ABŞ-ın 10 illik “US Treasuries” istiqrazlarının gəlirliliyi 3,207%-dən 3,172% səviyyəsinə düşüb.

Bundan başqa, investorlar yüksək inflyasiya səbəbindən qızıl kimi “sığınacaq aktiv”lərə üstünlük verirlər. Belə ki, may ayının yekunlarına görə ABŞ-da illik inflyasiya 8,6% təşkil edib, bu isə 1981-ci ildən sonra ən yüksək göstərici hesab olunur.