Zaqatalada sel fəsadlar törədib

Zaqatalada sel fəsadlar törədib

Zaqatala rayonunda sel kəndlərə ziyan vurub.

"Birxeber"un Şimal-qərb bürosunun məlumatına görə, bu gün səhər saatlarından yağan güclü yağış Zaqatala rayonunda bir sıra fəsadlara yol açıb.

Belə ki, rayonun Muxax kəndindən axan Muxax çayının daşması nəticəsində kənddə yaşayış evlərinin həyətlərinə su dolub. Küləklə müşahidə olunan güclü yağış nəticəsində bəzi tikililərin dam örtüyü uçub, iri gövdəli ağacların aşması nəticəsində elektrik naqilləri qırılıb. Nəticədə kəndə elektrik enerjisinin verilməsi dayandırılıb.

Hazırda Zaqatala rayonunda güclü yağış davam edir.

HADİSƏ HADİSƏ
Xəzər dənizində 3.1 bal gücündə zəlzələ olub

Xəzər dənizində 3.1 bal gücündə zəlzələ olub

HADİSƏ HADİSƏ
Səlcuq Bayraktara ağır itki: Özdemir Bayraktar vəfat etdi - FOTO

Səlcuq Bayraktara ağır itki: Özdemir Bayraktar vəfat etdi - FOTO