“Transfer qiymətləri üsullarının əvvəlcədən razılaşdırılması haqqında ərizə forması” təsdiq edilib

“Transfer qiymətləri üsullarının əvvəlcədən razılaşdırılması haqqında ərizə forması” təsdiq edilib

İqtisadiyyat Nazirliyinin Kollegiyasının qərarı ilə “Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi qaydaları”na bir sıra dəyişikliklər olunub.

"Report" nazirliyə istinadən xəbər verir ki, məqsəd beynəlxalq vergitutma sahəsində dəyişən tendensiyaların nəzərə alınması, beynəlxalq vergitutma prinsiplərinin tətbiqi, transfer qiymətləri ilə bağlı sövdələşmələrin beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi və vergidən yayınma sxemlərinin qarşısının alınmasıdır.

Dəyişikliklər, əsasən, “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi”nin (BEPS) 13-cü Fəaliyyət Planında əksini tapan bir sıra məsələləri əhatə edir. Bunlar:

- transfer qiymətləri üzrə sənədləşməyə dair tələblərin daxil edilməsi;

- nəzarət olunan əməliyyatlar üzrə qol uzunluğu qiymətlərinin müəyyən edilməsi üçün yenilənmiş hesablama mexanizminin tətbiqi;

- ikiqat vergitutma riskinin azaldılması;

- transfer qiymətləri üzrə audit yoxlamalarının effektivliyinin artırılması və bu sahədə mübahisələrin yaranma ehtimalının azaldılması ilə bağlıdır.

Eyni zamanda, dəyişiklik vergi ödəyicisi ilə vergi orqanı arasında transfer qiyməti üsulunun əvvəlcədən müəyyənləşdirilməsi (APA) yanaşmasının təkmilləşdirilməsi məsələsini əhatə edir. Belə ki, Vergi Məcəlləsinin 16.1.4-1-ci maddəsi ilə “Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi qaydaları”nda nəzərdə tutulmuş sənədləri vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifələrinə aiddir. Tələb olunan sənədlərin siyahısına müəssisə qrupu, yoxlanılan müəssisə və nəzarət olunan əməliyyatlar barədə məlumatlar, eləcə də lokal, master fayllar və digər aidiyyəti sənədlər daxildir.

Qaydaların 9.1-ci bəndinə edilmiş dəyişikliyə əsasən, vergi ödəyicisi hər hansı nəzarət olunan əməliyyat aparmazdan əvvəl transfer qiymətlərinin üsulunun əvvəlcədən razılaşdırılması üçün müvafiq müqavilə ilə birlikdə əməliyyatın bütün təfsilatları barədə məlumatları təqdim etməklə ərizə ilə vergi orqanına müraciət edə bilər. “Transfer qiymətləri üsullarının əvvəlcədən razılaşdırılması haqqında ərizə forması” artıq Dövlət Vergi Xidməti tərəfindən təsdiq edilib.

Vergi ödəyicisi transfer qiymətlərinin üsullarının əvvəlcədən razılaşdırılması ilə bağlı müraciət etdiyi halda, nəzarət olunan əməliyyatın transfer qiymətinin müəyyənləşdirilməsinə dair hazırlanmış transfer qiyməti təhlil sənədini təqdim etmirsə, müraciətə Ərizə formasında göstərilmiş sənədlərin əlavə olunması zəruridir.

Vergi ödəyiciləri “Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi qaydaları”, eyni zamanda “Transfer qiymətləri üsullarının əvvəlcədən razılaşdırılması haqqında ərizə forması” ilə Dövlət Vergi Xidmətinin rəsmi internet saytının “Beynəlxalq vergi münasibətləri” bölməsində tanış ola bilərlər.

Biznes Biznes
Azərbaycan və Macarıstan iqtisadi tərəfdaşlığı gücləndirir

Azərbaycan və Macarıstan iqtisadi tərəfdaşlığı gücləndirir

Biznes Biznes
Azərbaycanda Türkiyə istehsalı olan məhsulların satışı üzrə haqsız rəqabət ehtimalları ola bilər

Azərbaycanda Türkiyə istehsalı olan məhsulların satışı üzrə haqsız rəqabət ehtimalları ola bilər

Biznes Biznes
Azərbaycanda gömrük xidmətləri ilə bağlı suallar operativ cavablandırılacaq

Azərbaycanda gömrük xidmətləri ilə bağlı suallar operativ cavablandırılacaq

Biznes Biznes
Azərbaycanda dövlətə məxsus iki nərə balıq artırma zavodu ləğv olunur

Azərbaycanda dövlətə məxsus iki nərə balıq artırma zavodu ləğv olunur

Biznes Biznes
İqtisadiyyat Nazirliyinin iki əməkdaşı “Yüksəliş” müsabiqəsinin qalibi olub

İqtisadiyyat Nazirliyinin iki əməkdaşı “Yüksəliş” müsabiqəsinin qalibi olub

Biznes Biznes
Azərbaycanlı sahibkarlar üçün BMT-nin Qlobal Sazişinə dair təqdimat keçirilib

Azərbaycanlı sahibkarlar üçün BMT-nin Qlobal Sazişinə dair təqdimat keçirilib

Biznes Biznes
Pakistan aviaşirkəti Azərbaycanda filialını yaradıb

Pakistan aviaşirkəti Azərbaycanda filialını yaradıb

Biznes Biznes
Orxan Məmmədov: "Macarıstan şirkətləri azad edilmiş ərazilərə investisiya yatırmağa daha çox maraqlıdır"

Orxan Məmmədov: "Macarıstan şirkətləri azad edilmiş ərazilərə investisiya yatırmağa daha çox maraqlıdır"

Biznes Biznes
“Azərlotereya”nın bir qrup əməkdaşı “Heydər Zirvəsi”nə yürüş edib

“Azərlotereya”nın bir qrup əməkdaşı “Heydər Zirvəsi”nə yürüş edib

Biznes Biznes
Davosda Dünya İqtisadi Forumunun rəsmi açılışı olub

Davosda Dünya İqtisadi Forumunun rəsmi açılışı olub

Biznes Biznes
Azərbaycan və Cənubi Koreya iqtisadi əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycan və Cənubi Koreya iqtisadi əməkdaşlıq imkanlarını müzakirə edib

Biznes Biznes
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 13 milyon manatlıq dərman alır

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 13 milyon manatlıq dərman alır