Utilizasiyaya verilən avtomobilə görə güzəşt və birdəfəlik ödənişin tətbiqi qaydası I oxunuşda qəbul olunub

Utilizasiyaya verilən avtomobilə görə güzəşt və birdəfəlik ödənişin tətbiqi qaydası I oxunuşda qəbul olunub

Utilizasiyaya verilən hər nəqliyyat vasitəsinə görə güzəşt və birdəfəlik ödənişin tətbiqi qaydası ilk oxunuşda qəbul olunub.

"Report"un xəbərinə görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında "İstehsalat və məişət tullantıları haqqında" qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

Layihəyə əsasən utilizasiyaya verilən hər nəqliyyat vasitəsinə görə utilizatorlar tərəfindən yalnız bir təsdiqedici sənəd verilir və güzəştin tətbiqi satın alınacaq yeni istehsal olunmuş yerli nəqliyyat vasitəsinin kateqoriyası üzrə məhdudlaşdırılmır.

Təsdiqedici sənəd verildiyi gündən üç il müddətində qüvvədə olmaqla, yalnız bir dəfə istifadə üçün nəzərdə tutulur. Təsdiqedici sənəd adsızdır və başqa şəxs tərəfindən də istifadə edilə bilər.

Utilizasiyaya verilən müxtəlif nəqliyyat vasitələrinə görə verilmiş, qüvvədə olan və istifadə edilməmiş təsdiqedici sənədlər əsasında əldə edilən güzəşt məbləğlərinin cəmlənməklə istifadəsinə yol verilir.

Nəqliyyat vasitəsinin utilizasiyaya verilməsi barədə təsdiqedici sənəd əsasında yeni istehsal olunmuş yerli nəqliyyat vasitəsinə güzəştin tətbiqindən nəqliyyat vasitələrinin satıcısı tərəfindən imtina edilə bilməz.

Yeni istehsal olunmuş yerli nəqliyyat vasitələrinin satışı təsdiqedici sənədlər əsasında güzəşt tətbiq edilməklə həyata keçirildikdə nəqliyyat vasitələrinin satıcıları 3 iş günü müddətində alqı-satqını rəsmiləşdirən sənədlərin və təsdiqedici sənədlərin surətlərini, habelə onların tətbiq edildiyi nəqliyyat vasitələri barədə məlumatları (ban, şassi, mühərrik nömrəsi) operatora göndərirlər.

Operator nəqliyyat vasitələrinin satıcıları tərəfindən bu maddənin beşinci hissəsində qeyd olunan sənədlər təqdim edildiyi gündən 30 (otuz) iş günü müddətində müvafiq güzəşt məbləğinin nəqliyyat vasitələrinin utilizasiyası fondundan nəqliyyat vasitələrinin satıcılarının hesabına köçürülməsini təmin edir. Tətbiq edilən güzəşt məbləği satın alınan nəqliyyat vasitəsinin müqavilə üzrə satış dəyərindən çox olduqda güzəşt məbləğinin artıq olan hissəsi nəqliyyat vasitələrinin satıcılarına ödənilmir.

Təsdiqedici sənədə malik şəxs öz seçimi əsasında yeni istehsal olunmuş yerli nəqliyyat vasitəsinin satın alınması üçün güzəştin əvəzinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən daha az həcmdə birdəfəlik ödəniş ala bilər.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Milli Məclis Milli Məclis
Mərkəzi Klinika: "Qənirə Paşayevanın vəziyyəti ağır olaraq qalır" - YENİLƏNİB

Mərkəzi Klinika: "Qənirə Paşayevanın vəziyyəti ağır olaraq qalır" - YENİLƏNİB

Milli Məclis Milli Məclis
Yeni qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub - YENİLƏNİB

Yeni qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub - YENİLƏNİB

Milli Məclis Milli Məclis
Deputat: “Azərbaycanda dərmanların qiyməti 3-4 dəfə bahadır"

Deputat: “Azərbaycanda dərmanların qiyməti 3-4 dəfə bahadır"

Milli Məclis Milli Məclis
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Milli Məclis Milli Məclis
Milli Məclisin Hesablayıcı komissiyasının tərkibi yenidən formalaşdırılır - SİYAHI

Milli Məclisin Hesablayıcı komissiyasının tərkibi yenidən formalaşdırılır - SİYAHI

Milli Məclis Milli Məclis
Komitə sədri: “Azərbaycanda dövlət-din münasibətləri kifayət qədər həssas məsələdir”

Komitə sədri: “Azərbaycanda dövlət-din münasibətləri kifayət qədər həssas məsələdir”

Milli Məclis Milli Məclis
Əhliman Əmiraslanov: “Dərman vasitələri ilə bağlı yeni sənəd hazırlanır”

Əhliman Əmiraslanov: “Dərman vasitələri ilə bağlı yeni sənəd hazırlanır”

Milli Məclis Milli Məclis
Milli Məclis 16 yaşadək şəxslə cinsi əlaqəyə görə yeni cəzaları l oxunuşda qəbul edib

Milli Məclis 16 yaşadək şəxslə cinsi əlaqəyə görə yeni cəzaları l oxunuşda qəbul edib

Milli Məclis Milli Məclis
“Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanunlara dəyişikliklər edilir

“Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanunlara dəyişikliklər edilir

Milli Məclis Milli Məclis
Azərbaycanda bank lisenziyalarının alınması qaydasına dəyişiklik III oxunuşda təsdiqlənib

Azərbaycanda bank lisenziyalarının alınması qaydasına dəyişiklik III oxunuşda təsdiqlənib

Milli Məclis Milli Məclis
Zahid Oruc: “Əfv Komissiyasının iclaslarında komissiya üzvləri hər bir məhkumun işinə yüksək obyektivliklə baxıb”

Zahid Oruc: “Əfv Komissiyasının iclaslarında komissiya üzvləri hər bir məhkumun işinə yüksək obyektivliklə baxıb”

Milli Məclis Milli Məclis
Milli Məclisdə bu ilin dövlət büdcəsinə dəyişikliklər layihəsi müzakirə olunub - YENİLƏNİB

Milli Məclisdə bu ilin dövlət büdcəsinə dəyişikliklər layihəsi müzakirə olunub - YENİLƏNİB