İtaliyalı nazir müavini oğurluq şübhələri fonunda istefa verəcək

İtaliyalı nazir müavini oğurluq şübhələri fonunda istefa verəcək

İtaliyanın mədəniyyət nazirinin müavini Vittorio Sqarbi tarixi rəsm əsərinin oğurlanması ilə bağlı şübhələr fonunda vəzifəsini tərk edəcək.

"Report" xəbər verir ki, bu barədə İtaliyanın "Corriere della Sera" qəzeti yazıb.

"Bu vəzifədən dərhal istefa verəcəyəm və yaxın bir neçə saat ərzində Corciya Melonini (Baş nazir - red.) bu barədə məlumatlandıracam”, - o bildirib.

Daha əvvəl qeyd edilib ki, o, XVII əsrə aid rəsm əsərini oğurlamaqda və onun yaranma tarixini saxtalaşdırmaqda şübhəli bilinir. Söhbətin 2013-cü ildə Piemontdakı qaladan yoxa çıxan Siena məktəbinin rəssamı Rutilio Manettinin rəsmi barədə getdiyi güman edilir. 2021-ci ildə o, V.Sqarbinin şəxsi kolleksiyasından bir rəsm kimi Lukkada sərgilənib. Eyni zamanda, mənşəyini gizlətmək üçün əsər restavrasiya edilib.