Gəncədə 72 yaşlı kişi baltalanıb, oğlu saxlanılıb

Gəncədə 72 yaşlı kişi baltalanıb, oğlu saxlanılıb

Gəncə şəhər sakini, 1952-ci il təvəllüdlü Nazim Həsənqulu oğlu Məmmədova yaşadığı evdə baş nahiyəsindən balta ilə xəsarət yetirilib.

"Birxeber.Az"un Qərb bürosunun məlumatına görə, hadisə Gəncə şəhər, Bayan küçəsi 119b ünvanında qeydə alınıb.

O, xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə, onun oğlu -1976-cı il təvəllüdlü Zaur Məmmədovdur.

O, hadisəni törətdikdən sonra hadisə yerindən qaçsa da aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.