Türkiyəli astronavtın Yerə dönüşü təxirə salınıb

Türkiyəli astronavtın Yerə dönüşü təxirə salınıb

Aralarında Türkiyənin ilk astronavtı Alper Gezeravcının da olduğu "Dragon" Kosmik gəmisi və Axiom-3 (Ax-3) komandasının Yer kürəsinə qayıdışı təxirə salınıb.

"Report" xəbər verir ki, bununla bağlı "SpaceX" özünün "X" sosial media hesabında açıqlama verib.

Açıqlamada, "Dragon" və Ax-3 ekipajının Florida sahillərindəki uyğun olmayan hava şəraiti səbəbindən fevralın 5-dən əvvəl İSS-i tərk etməyəcəkləri bildirilib.

Bəyanatda o da qeyd edilib ki, komandalar BKS-dən yola düşmə planları ilə bağlı hava şəraitini izləməyə davam edəcəklər.