CAR-da hosteldə atəş açılıb, ölənlər var
Cənubi Afrika Respublikasının (CAR) Umlazi şəhərində hosteldə açılan atəş nəticəsində 7 nəfər ölüb, 2 nəfər yaralanıb.
“Birxeber.Az” xəbər verir ki, bu barədə ölkənin polisi məlumat yayıb.
“Umlazi polisinin məlumatına görə, bu gün (iyunun 3-də – red.) yaşları 20-40 arasında olan doqquz kişi hostelin bir otağında spirtli içki qəbul edərkən naməlum silahlı şəxslər onlara atəş açıb, daha sonra onlar oradan gizləniblər. Hadisə yerində 7 zərərçəkən yerindəcə keçinib, ikisi ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib”, - polisin məlumatında qeyd olunub.
Polis bildirib ki, atışmanın səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.