Ankarada Anarın 85 illiyi keçirilib

Ankarada Anarın 85 illiyi keçirilib

Görkəmli Azərbaycan yazıçısı Anar Rzayevin anadan olmasının 85 illiyi Ankarada, Beynəlxalq Türk Mədəniyyət Təşkilatı - TÜRKSOY-da təntənəli şəkildə qeyd olunub.

“Birxeber.Az”un Ankara bürosunun məlumatına görə, tədbir TÜRKSOY, Azərbaycanın Ankaradakı səfirliyi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Türk Ədəbiyyatı Vəqfinin (TƏV) birgə təşkilatçılığı ilə keçirilib.

“Anar 85 yaşında” adlı tədbirdə TÜRKSOY-un Baş katibi Sultan Raev, AYB-nin sədri Anar Rzayev, Azərbaycan səfirliyinin müşaviri Eldar Əliyev, TƏV-in sədri Serhat Kabakçı və çox sayda ədəbiyyatsevərlər iştirak edib.

TÜRKSOY-un Baş katibi Sultan Raev Anarın hekayə, roman, ssenari kimi bir çox janrlarda yazan, türk dünyasında tanınmış yazıçı olduğunu bildirib, türk ədəbiyyatının önəmli adı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın anadan olmasının 85-ci ildönümü münasibətilə keçirilən tədbirdə iştirak etməkdən məmnunluğunu ifadə edib: “Türk dilinin əsrlər boyu yaşadılmasında şifahi və yazılı zəngin ədəbiyyatımızla yanaşı, bunların daşıyıcıları olan şair, yazıçı və ədəbiyyat adamlarının da böyük rolu olub. Yazıçı Anar da əsərləri Azərbaycanda sevildiyi qədər qardaş türk xalqlarının dilinə və bir çox başqa dillərə tərcümə edilərək türk mədəniyyətinin zəngin ədəbiyyatına töhfələr verib. Anar türk dünyasının böyük yazıçısı Çingiz Aytmatovdan götürdüyü ədəbi bayrağı daşımağa layiqdir”.

Azərbaycan səfirliyinin müşaviri Eldar Əliyev Anar Rzayein Azərbaycan ədəbiyyatındakı xidmətlərindən danışıb.

Yazıçı Anar ona və xidmətlərinə verilən dəyərə görə təşəkkürünü bildirib.

Mərasimin bədii hissəsi solistlər Aynaz Rəhimzadə, Elçin Hətəmli (tar) və Areş Nəzəri (nağara) triosunun ifaları ilə müşayiət olunub. Anar Rzayevin anası Nigar Rəfibəyli və atası Rəsul Rzanın şeirlərinə bəstələnmiş mahnılar, həmçinin Azərbaycanın məşhur mahnıları səslənib.

Ədəbiyyat Ədəbiyyat
Elçin Hüseynbəyli: “Ətrafımda səs-küy olmasa, yaza bilmirəm”

Elçin Hüseynbəyli: “Ətrafımda səs-küy olmasa, yaza bilmirəm”

Ədəbiyyat Ədəbiyyat
Bakıda "Azərbaycan Dili və Ədəbiyyatı" Forumu başa çatıb - YENİLƏNİB-2

Bakıda "Azərbaycan Dili və Ədəbiyyatı" Forumu başa çatıb - YENİLƏNİB-2

Ədəbiyyat Ədəbiyyat
Bakıda "I Turan Kitab Festivalı" keçiriləcək

Bakıda "I Turan Kitab Festivalı" keçiriləcək

Ədəbiyyat Ədəbiyyat
Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub

Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub

Ədəbiyyat Ədəbiyyat
Ankarada Anarın 85 illiyi keçirilib

Ankarada Anarın 85 illiyi keçirilib

Ədəbiyyat Ədəbiyyat
Güney azərbaycanlı şair 92 yaşında vəfat edib

Güney azərbaycanlı şair 92 yaşında vəfat edib

Ədəbiyyat Ədəbiyyat
Əlisa Nicat: "AYB-də mənə qarşı soyuqluq o vaxt Rəsul Rzaya balıq aparmamağıma görədir" - MÜSAHİBƏ

Əlisa Nicat: "AYB-də mənə qarşı soyuqluq o vaxt Rəsul Rzaya balıq aparmamağıma görədir" - MÜSAHİBƏ

Ədəbiyyat Ədəbiyyat
Bu gün ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanacaq

Bu gün ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanacaq

Ədəbiyyat Ədəbiyyat
Mədəniyyət naziri naşirlərlə görüşüb

Mədəniyyət naziri naşirlərlə görüşüb

Ədəbiyyat Ədəbiyyat
Yazıçı Əlabbasın yeni kitabı çap olunub

Yazıçı Əlabbasın yeni kitabı çap olunub

Ədəbiyyat Ədəbiyyat
Çingiz Abdullayev: "Azərbaycan yazıçılarının kitabları xarici ölkələrdə çox az satılır"

Çingiz Abdullayev: "Azərbaycan yazıçılarının kitabları xarici ölkələrdə çox az satılır"

Ədəbiyyat Ədəbiyyat
Azərbaycan Yazıçılar Birliyinin üzvü 84 yaşında vəfat edib

Azərbaycan Yazıçılar Birliyinin üzvü 84 yaşında vəfat edib