Deputat: “Taksi xidməti sahəsindəki özbaşınalıq aradan qaldırılmalıdır”

Deputat: “Taksi xidməti sahəsindəki özbaşınalıq aradan qaldırılmalıdır”

“Taksi xidməti sahəsindəki özbaşınalıq aradan qaldırılmalıdır”.

Bunu “Birxeber.Az”a açıqlamsında Milli Məclisin deputatı Azər Badamov deyib.

O bildirib ki, bu sahədə nəzarətin zəif olması, bir sıra xoşagələməz halların davam etməsinə yol açır: “Taksi fəaliyyəti əhaliyə xidmətin bir növüdür. Taksilərin əksəriyyətində natəmizlik hökm sürür. Elə halllar olur ki, taksi sürücüsü sərnişindən soruşmadan siqaret çəkməyə başlayır. Taksi şirkətlərin tətbiqi ilə taksi sifariş edən də çox halda taksi sürücüləri ödənişin nağdsız olduğunu biləndə gəlmirlər. Həm də yol kənarında əl qaldırıb taksi saxlayıb mənzil başına çatanda sürücünün dediyi məbləği ödəməli olursan”.

Deputat söyləyib ki, əksər taksi sürücülərinin sağlamlıq durumu da yerində olmur: “Elə hallar da baş verir ki, taksini sifariş edib avtomobilə oturanda sifariş etdiyinə görə təəssüflənirsən. Ümumilikdə taksi xidməti sahəsində özbaşınalıq davam edir. Bunun qarşısını almaq üçün nəzarət mexanizmi tətbiq olunmalı, taksi fəaliyyəti ilə bağlı ciddi tələblər müəyyənləşməlidir. Belə ki, bütün taksilərdə taksometrlər quraşdırılmalıdır. Sərnişin taksometrinin göstəricisinə görə ödəniş etməlidir. Həm də taksilərdə POS-terminallar quraşdırılmalı və sərnişinin istəyinə uyğun nağd və ya nağdsız ödəniş edilməsinə şərait yaradılmalıdır”.

A.Badamov vurğulayıb ki, həmçinin hər gün taksi xidmətə başlayanda müəyyən məntəqədə həm sürücü, həm də avtomobil baxışdan keçirilməlidir: “Düzdür, taksilərin şəhərdə çox olması rəqabəti gücləndirir və qiymətlərin aşağı səviyyədə qalmasına imkan yaradır. Digər tərəfdən xoşagəlməz hallar baş alıb getdiyini müşahidə etdikcə bu sahədə mütləq şəkildə yeni qaydaların və tələblərin müəyyənləşdirilməli olduğunu hesab edirəm”.

Sosial müdafiə Sosial müdafiə
Şəhid ailələri və müharibə əlillərinə Bakı və bölgələrdə daha 100 mənzil verilib

Şəhid ailələri və müharibə əlillərinə Bakı və bölgələrdə daha 100 mənzil verilib

Sosial müdafiə Sosial müdafiə
Dövlət başçısı: "Bizim şəhid ailələri, müharibə əlilləri üçün inşa etdiyimiz evlərin, mənzillərin sayı artır"

Dövlət başçısı: "Bizim şəhid ailələri, müharibə əlilləri üçün inşa etdiyimiz evlərin, mənzillərin sayı artır"

Sosial müdafiə Sosial müdafiə
Qubada ailə düşərgəsi təşkil olunub

Qubada ailə düşərgəsi təşkil olunub

Sosial müdafiə Sosial müdafiə
Dövlət Komitəsinin sədr müavini: "Gender əsaslı zorakılıq qadınlara həyatları boyu təsir edir" 

Dövlət Komitəsinin sədr müavini: "Gender əsaslı zorakılıq qadınlara həyatları boyu təsir edir" 

Sosial müdafiə Sosial müdafiə
Azərbaycan pensiyanın alıcılıq qabiliyyətinə görə MDB ölkələri və Gürcüstan üzrə sıralamada ilk yerdədir

Azərbaycan pensiyanın alıcılıq qabiliyyətinə görə MDB ölkələri və Gürcüstan üzrə sıralamada ilk yerdədir

Sosial müdafiə Sosial müdafiə
AQTA və “Rosselxoznadzor”un nümayəndələri arasında müəssisələrin qeydiyyatı müzakirə edilib

AQTA və “Rosselxoznadzor”un nümayəndələri arasında müəssisələrin qeydiyyatı müzakirə edilib

Sosial müdafiə Sosial müdafiə
Şəkidə özünüməşğulluq proqramı əsasında yaradılan təsərrüfatlara baxış olub

Şəkidə özünüməşğulluq proqramı əsasında yaradılan təsərrüfatlara baxış olub

Sosial müdafiə Sosial müdafiə
Gəncədə şəhid ailələrinə və müharibə əlillərinə 30 mənzil təqdim edilib

Gəncədə şəhid ailələrinə və müharibə əlillərinə 30 mənzil təqdim edilib

Sosial müdafiə Sosial müdafiə
ƏƏSMN: "İraq və Suriyadan gətirilən 57 şəxsə reabilitasiya xidməti göstərilir"

ƏƏSMN: "İraq və Suriyadan gətirilən 57 şəxsə reabilitasiya xidməti göstərilir"

Sosial müdafiə Sosial müdafiə
Vətən müharibəsi əlili: "Qızımın 2 yaşını yeni mənzilimizdə qeyd edəcəyik"

Vətən müharibəsi əlili: "Qızımın 2 yaşını yeni mənzilimizdə qeyd edəcəyik"

Sosial müdafiə Sosial müdafiə
Azərbaycanda reallaşdırılan 4-cü sosial islahat paketinin maliyyə tutumu açıqlanıb

Azərbaycanda reallaşdırılan 4-cü sosial islahat paketinin maliyyə tutumu açıqlanıb

Sosial müdafiə Sosial müdafiə
Azərbaycan və Litva pensiya təminatı üzrə əməkdaşlığı gücləndirmək niyyətindədir

Azərbaycan və Litva pensiya təminatı üzrə əməkdaşlığı gücləndirmək niyyətindədir