Şəmkirdə 27 yaşlı şəxs güllə xəsarəti alıb

Şəmkirdə 27 yaşlı şəxs güllə xəsarəti alıb

Şəmkir rayonunun Şiştəpə kənd sakini, 1997-ci il təvəllüdlü Z.Aslanov güllə xəsarəti alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə adıçəkilən kəndin ərazisində qeydə alınıb.

O, xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.