SON DƏQİQƏ! Ermənilər bu istiqamətdə hərbçilərimizi ATƏŞƏ TUTDU

SON DƏQİQƏ! Ermənilər bu istiqamətdə hərbçilərimizi ATƏŞƏ TUTDU

Dünən gecə saatlarında Ermənistanın Basarkeçər rayonunun Yuxarı Şorca kəndi yaxınlığında silahlı insident yaşanıb. Rrməni tərəfi razılaşmaya əməl etməyərək, Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.

birxeber.az kaim.az-a istinadən xəbər verir ki, 14 noyabrda sərhəddə baş verən məlum hadisələrdən sonra ərazidə Azərbaycan Ordusuna məxsus texnika qalıbmış. Məlumatda deyilir ki, həmin texnika baş verən silahlı insident zamanı döyüş meydanında xarab olub və həmin vaxt onu çıxarmaq mümkün olmayıb. Eyni vəziyyətlə, ermənilər də üzləşiblər. Onlar Cermux istiqamətində ordumuza hücum edərkən, bir texnikasını itiriblər. Həmin vaxt ermənilər də vurulmuş texnikalarını ərazidən çıxara bilməyiblər.
Dünən tərəflər arasında texnikaların çıxarılması barədə razılaşma əldə olunub. Lakin ermənilər razılaşmanı pozublar. Belə ki, onlar Cermux istiqamətində vurulmuş texnikalarını ərazidən çıxardıqdan sonra, Yuxarı Şorcadakı texnikamızı çıxarmağa imkan verməyiblər. Nəticədə, tərəflər arasında atışma olub. Atışma nəticəsində canlı qüvvə baxımından itki olmasa da, ərazidə qalmış texnikanı çıxarmaq mümkün olmayıb. İddialara görə, həmçinin təxliyyə üçün göndərilmiş maşın da ərazidə qalıb.