Kürdəmirdə avtomobil anidən yanıb
Kürdəmir rayonunda vətəndaşa məxsus avtomobil anidən yanıb.
“Birxeber.Az”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Çöhranlı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1988-ci il təvəllüdlü Nərimanov Rəmiş Neman oğlu ona məxsus “VAZ 21015” markalı avtomobili evinin qarşısında saxlayıb.
Bu zaman avtomobilin mühərrik hissəsində elektrik naqillərində qısaqapanma baş verib və nəqliyyat vasitəsi anidən alışıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb. Fakt araşdırılır.