Sabah Azərbaycandan olan zəvvarların ilk qrupu Həcc ziyarətinə yola düşəcək

Sabah Azərbaycandan olan zəvvarların ilk qrupu Həcc ziyarətinə yola düşəcək

Azərbaycandan Həcc ziyarətinə getmək istəyən zəvvarların ilk qrupu sabah (iyunun 29-da) Səudiyyə Ərəbistanına yola düşəcək.

“Birxeber” xəbər verir ki, ilk qrupu aparacaq təyyarə sabah saat 12:30-da Bakıdan Ciddəyə uçacaq.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri “Birxeber”a açıqlamasında bildirib ki, ilk qrupda 180 nəfər olacaq:

“Həcc ziyarətinin proqramına gəlincə, zəvvarlar Ciddəyə endikdən sonra ehram bağlanılan yerə, oradan Məkkəyə gedir. Onların ilk əməlləri Ümreyi-təməttödür, Kəbə evi ətrafında təvaf etmək, İbrahim məqamı arxasında 2 rükət təvaf namazı qılmaq, Səfa və Mərvə dağları arasında səy etmək, sonda təqsir etmək, yəni saçdan və dırnaqdan bir qədər kəsməkdir.

Daha sonra Zülhiccə ayının 9-a kimi (8 iyul) vacibi ayin yoxdur. Zəvvarlar sərbəst şəkildə Kəbəyə gedib, namaz qılıb dua edirlər. Zülhiccə ayının 9-da Ərəfata çıxacaq, Zülhiccənin 9-dan 10-a keçən gecə Müzdəlifəyə gedib orada vüquf edirlər. Zülhiccənin 10-u, Qurban bayramı günü Müzdəlifədən Minay gedirlər, əşyalarını çadırlarda qoyub Böyük Şeytana daş atmağa gedirlər. Şeytanın daşladıqdan sonra qurban kəsirlər. Qurbandan sonra saçlarını kəsdirib Hacı olurlar.

Zülhiccənin 10-u, 11-i də Şeytangaha gedib 3 Şeytanı, kiçik, orta və böyük şeytanın daşlayırlar. Zülhiccənin 11-dən sonra Məkkəyə hotelə gəlirlər, sonra Kəbəyə gedib qalan vacibi ayinləri tamamlayırlar. Məkkədə ayinləri bitirdikdən sonra Mədinə şəhərinə, Peyğəmbər rövsəninin ziyarətinə gedirlər. Mədinədə 3 gün qaldıqdan sonra Vətənə geri dönürlər. Qeyd edim ki, Azərbaycana geri dönüş 19-20 iyulda planlaşdırılıb”.

QMİ rəsmisi əlavə edib ki, zəvvarların Bakıdan növbəti uçuşları iyunun 30-u, iyulun 1-i və 2-də olacaq.

Xatırladaq ki, builki Həcc ziyarətinə Azərbaycan zəvvarları üçün 680 nəfərlik kvota ayrılıb. Ziyarətin qiyməti 9 106 manat müəyyən olunub. Həcc ziyarətinə gedənlər Səudiyyə Ərəbistanı Krallığına daxil olmazdan 72 saat əvvəl PCR test verilməlidir. Bundan başqa, iki doza vaksin tələb olunur. 30.06.1957 təvəllüddən aşağı olan şəxslərin Həcc ziyarətinə icazə verilmir.

Qeyd edək ki, Həcc ziyarətini Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsi təşkil edir. Son iki ildə koronavirus pandemiyası səbəbindən Azərbaycandan Həcc ziyarətinə gedən olmayıb.

Azərbaycanda iyulun 9-10-u Qurban bayramı qeyd olunacaq. Qurban kəsmək əsasən Məkkədə Həcc ziyarətində olan zəvvarlara vacibdir.

--- ---
Azərbaycanda din xadimi olmaq istəyənlər imtahan verəcək

Azərbaycanda din xadimi olmaq istəyənlər imtahan verəcək

--- ---
Allahşükür Paşazadə Türkiyəyə səfərə gedir

Allahşükür Paşazadə Türkiyəyə səfərə gedir

--- ---
Dövlət Komitəsi dini təhsili olmayan din xadimlərinin gələcək taleyinə aydınlıq gətirib

Dövlət Komitəsi dini təhsili olmayan din xadimlərinin gələcək taleyinə aydınlıq gətirib

--- ---
YUNESKO: “Ukraynada 70 dini tikili məhv edilib”

YUNESKO: “Ukraynada 70 dini tikili məhv edilib”

--- ---
Allahşükür Paşazadə: "Azad edilən ərazilərdə türk-İslam abidələri bərpa olunur"

Allahşükür Paşazadə: "Azad edilən ərazilərdə türk-İslam abidələri bərpa olunur"

--- ---
Azərbaycanda Həcc ziyarətinin təşkili qaydalarına dəyişiklik edilib

Azərbaycanda Həcc ziyarətinin təşkili qaydalarına dəyişiklik edilib

--- ---
Azərbaycandan Həcc ziyarəti üçün sənəd qəbulu başa çatıb, ilk səfər iyunun 29-dadır - EKSKLÜZİV

Azərbaycandan Həcc ziyarəti üçün sənəd qəbulu başa çatıb, ilk səfər iyunun 29-dadır - EKSKLÜZİV

--- ---
Bakıda Pasxa bayramı qeyd olunur

Bakıda Pasxa bayramı qeyd olunur

--- ---
Sabah Azərbaycandan olan zəvvarların ilk qrupu Həcc ziyarətinə yola düşəcək

Sabah Azərbaycandan olan zəvvarların ilk qrupu Həcc ziyarətinə yola düşəcək

--- ---
QMİ sədri multikultural perspektivlərlə bağlı keçirilən beynəlxalq konfransın iştirakçılarını qəbul edib

QMİ sədri multikultural perspektivlərlə bağlı keçirilən beynəlxalq konfransın iştirakçılarını qəbul edib

--- ---
Allahşükür Paşazadə: "Türkdilli xalqların mənəvi birliyini yaratmaq bizim borcumuz idi"

Allahşükür Paşazadə: "Türkdilli xalqların mənəvi birliyini yaratmaq bizim borcumuz idi"

--- ---
Komitə sədrinin müavini: "Azərbaycanla bağlı qərəzli fikir bildirənlərin sonu yaxşı olmayacaq"

Komitə sədrinin müavini: "Azərbaycanla bağlı qərəzli fikir bildirənlərin sonu yaxşı olmayacaq"