Azərbaycan bu ilin sonundan Macarıstana təbii qaz ixracına başlayır

Azərbaycan bu ilin sonundan Macarıstana təbii qaz ixracına başlayır

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Macarıstanın “MVM Group” şirkətinin baş icraçı direktoru Karoli Matrai ilə görüşüb.

SOCAR-dan "Birxeber.Az"a bildirilib ki, görüşdə Azərbaycan ilə Macarıstan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən enerji sahəsində uğurla inkişaf etdiyi vurğulanıb. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın strateji rolundan bəhs edilib, bu xüsusda Cənub Qaz Dəhlizinin genişləndirilməsinin əhəmiyyətindən və Avropaya əlavə qaz həcmlərinin tədarükü ilə bağlı görülən işlərdən danışılıb.

Görüş çərçivəsində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun istismara verilməsinin, ötən ilin dekabrında Buxarestdə imzalanan “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in, habelə cari ilin aprel ayında “Həmrəylik Halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistem operatorları və SOCAR arasında imzalanan Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb.

Görüşdə, həmçinin təbii qaz ticarəti, maye təbii qaz (LNG) təchizatı, qaz anbarlarının istifadəsi istiqamətlərində əməkdaşlıq perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün sonunda SOCAR ilə Macarıstanın ən böyük təbii qaz topdansatış şirkəti olan “MVM CEEnergy Zrt.” arasında 100 milyon m3 həcmində təbii qazın satışına dair müqavilə imzalanıb. Müqavilədə qeyd olunan qaz həcmlərinin tədarükünə cari ilin 4-cü rübündə başlanılması nəzərdə tutulur.

Energetika Energetika
IDB Azərbaycan və 3 ölkəni birləşdirəcək “yaşıl enerji” dəhlizi layihəsinə maraq göstərir

IDB Azərbaycan və 3 ölkəni birləşdirəcək “yaşıl enerji” dəhlizi layihəsinə maraq göstərir

Energetika Energetika
BCG: “Azərbaycan Aİ üçün etibarlı “yaşıl hidrogen” tədarükçüsü ola bilər”

BCG: “Azərbaycan Aİ üçün etibarlı “yaşıl hidrogen” tədarükçüsü ola bilər”

Energetika Energetika
Əlaqələndirmə və monitorinq üzrə alt İşçi Qrupun növbəti iclası keçirilib

Əlaqələndirmə və monitorinq üzrə alt İşçi Qrupun növbəti iclası keçirilib

Energetika Energetika
Energetika nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Energetika nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Energetika Energetika
Energetika Nazirliyi I rübdə 54 icazə verib

Energetika Nazirliyi I rübdə 54 icazə verib

Energetika Energetika
Neftin qiyməti fərqli dinamika nümayiş etdirib

Neftin qiyməti fərqli dinamika nümayiş etdirib

Energetika Energetika
Cavid Abdullayev: "Azərbaycanın 290 QV-dan çox bərpaolunan enerji potensialı var"

Cavid Abdullayev: "Azərbaycanın 290 QV-dan çox bərpaolunan enerji potensialı var"

Energetika Energetika
Azərbaycan “Latvijas gaze” şirkətinin səhmdarlarından biri ola bilər

Azərbaycan “Latvijas gaze” şirkətinin səhmdarlarından biri ola bilər

Energetika Energetika
Bəzi OPEC+ ölkələri may ayından neft hasilatını azaldacaq – YENİLƏNİB

Bəzi OPEC+ ölkələri may ayından neft hasilatını azaldacaq – YENİLƏNİB

Energetika Energetika
“Azəriqaz”: "İlin sonuna qədər Azərbaycanda daha 50 kənd və massiv qazlaşdırılacaq”

“Azəriqaz”: "İlin sonuna qədər Azərbaycanda daha 50 kənd və massiv qazlaşdırılacaq”

Energetika Energetika
Qarabağın enerji mənbəyi – “Xudafəin” və “Qız qalası” - FOTOREPORTAJ

Qarabağın enerji mənbəyi – “Xudafəin” və “Qız qalası” - FOTOREPORTAJ

Energetika Energetika
Azərbaycan neftinin qiyməti 87 dollardan aşağı düşüb

Azərbaycan neftinin qiyməti 87 dollardan aşağı düşüb