Azərbaycan hərbçiləri Türkiyədə təlimi müvəffəqiyyətlə bitirib

Azərbaycan hərbçiləri Türkiyədə təlimi müvəffəqiyyətlə bitirib

Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Jandarma Maddi Texniki Təminat Təlim Mərkəzini müvəffəqiyyətlə bitirən türkiyəli məzunlarla bərabər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının növbəti buraxılışına həsr olunan təntənəli mərasim keçirilib.

“Birxeber.Az” xəbər verir ki, mərasimdə Türkiyə Respublikası daxili işlər nazirinin müavini cənab Mehmet Ersoy, Türkiyə Respublikası Jandarma Qüvvələri Komandanı Ordu generalı Arif Çətin, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Türkiyə Respublikasındakı Hərbi attaşesi polkovnik Müşfiq Məmmədov, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyinin əməkdaşları, yüksək rütbəli zabitlər, ictimaiyyət nümayəndələri, veteranlar, məzunların ailə üzvləri və yaxınları iştirak ediblər.

Daxili işlər nazirinin müavini cənab Mehmet Ersoy çıxış edərək bu əlamətdar gün münasibətilə məzunları Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyi adından təbrik edib, hərbi qulluqçulara xidmətdə uğurlar arzulayıb.

Sonda məzunlara diplomlar təqdim edilib. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələrinə diplomlar hərbi attaşe Müşfiq Məmmədov tərəfindən təqdim olunub.

O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ulu öndərin yolunu uğurla davam etdirərək Azərbaycan Respublikası Silahlı Qüvvələrində peşəkar komanda-zabit heyətinin formalaşdırılması sahəsində ardıcıl tədbirlər gördüyünü, hərbi təhsil sistemini təkmilləşdirdiyini və bunun bariz nümunəsi olaraq hərbi qulluqçularımızın ölkə xaricində təhsil alaraq qazandıqları təcrübələrlə Silahlı Qüvvələrimizin inkişafına töhfə verdiyini qeyd edib.

Tariximizə, dəyərlərimizə sahib çıxmaq, xidməti borcu şərəflə yerinə yetirməyin onların qarşısında duran əsas vəzifə olduğunu xatırladan polkovnik Müşfiq Məmmədov məzun olan hərbi qulluqçularımızı təbrik edərək, onlara ən səmimi arzularını çatdırıb, Silahlı Qüvvələrin inkişafı naminə gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb.

HƏRBİ HƏRBİ
Azərbaycan Quru Qoşunlarının komandanı Türkiyə ilə hərbi əməkdaşlıqdan danışıb

Azərbaycan Quru Qoşunlarının komandanı Türkiyə ilə hərbi əməkdaşlıqdan danışıb

HƏRBİ HƏRBİ
Qırğızıstanın müdafiə naziri Azərbaycanda komando hərbi hissəsində olub

Qırğızıstanın müdafiə naziri Azərbaycanda komando hərbi hissəsində olub

HƏRBİ HƏRBİ
Azərbaycan və Özbəkistan HHQ arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib

Azərbaycan və Özbəkistan HHQ arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib

HƏRBİ HƏRBİ
Qanunsuz erməni silahlıları Azərbaycan Ordusunun Ağdamdakı mövqelərini atəşə tutub

Qanunsuz erməni silahlıları Azərbaycan Ordusunun Ağdamdakı mövqelərini atəşə tutub

HƏRBİ HƏRBİ
Zakir Həsənov azad edilmiş ərazilərdə komanda-qərargah təlimini izləyib

Zakir Həsənov azad edilmiş ərazilərdə komanda-qərargah təlimini izləyib

HƏRBİ HƏRBİ
Əlahiddə Ümumqoşun Ordunun Xüsusi Təyinatlıları Haçadağa yürüş edib

Əlahiddə Ümumqoşun Ordunun Xüsusi Təyinatlıları Haçadağa yürüş edib

HƏRBİ HƏRBİ
“Tank biatlonu” müsabiqəsində komandalar normativləri yerinə yetiriblər

“Tank biatlonu” müsabiqəsində komandalar normativləri yerinə yetiriblər

HƏRBİ HƏRBİ
MN: Qanunsuz erməni silahlılarının yeni səngərlər qazmaq cəhdinin qarşısı alınıb

MN: Qanunsuz erməni silahlılarının yeni səngərlər qazmaq cəhdinin qarşısı alınıb

HƏRBİ HƏRBİ
Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Heydər Əliyevə və Atatürkə həsr olunmuş tədbir keçirilib

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Heydər Əliyevə və Atatürkə həsr olunmuş tədbir keçirilib

HƏRBİ HƏRBİ
Komando bölmələri praktiki atış çalışmalarını icra edib

Komando bölmələri praktiki atış çalışmalarını icra edib

HƏRBİ HƏRBİ
MN: "Hərbi hissələrə yeni gələn çağırışçıların qəbulu davam edir"

MN: "Hərbi hissələrə yeni gələn çağırışçıların qəbulu davam edir"

HƏRBİ HƏRBİ
Komandan: "Hərbi dənizçilər istənilən təhlükənin qarşısını almağa qadirdir"

Komandan: "Hərbi dənizçilər istənilən təhlükənin qarşısını almağa qadirdir"