Qərbi Azərbaycan Xronikası: “Gedib oranın daşını, divarını, torpağını öpərəm...”

Qərbi Azərbaycan Xronikası: “Gedib oranın daşını, divarını, torpağını öpərəm...”

Bu gün "Baku TV"də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində hazırlanan “Həyat hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.

“Report” xəbər verir ki, jurnalist Əsgər İbrahimovun müəllifi olduğu verilişin bugünkü buraxılışı Qərbi Azərbaycandan deportasiya edilmiş, Ağbaba mahalının Amasiya rayonunun Güllücə kənd sakini Gülnarə Əliyevanın “Həyat Hekayəsi”nə həsr olunub.

O, vaxtilə yaşadığı Arpaçay çayının sahilində yerləşən kəndi barədə kövrələ-kövrələ danışıb: “Mən oradan 15 yaşında çıxmağıma baxmayaraq, həmişə oranı xatırlayanda çox kövrəlirəm. Biz orada çox gözəl, çox xoşbəxt yaşayırdıq. Bizim kəndimiz azərbaycanlı kəndi idi. Orada bizə ermənilər türk kimi çox nifrətlə baxırdılar”.

G.Əliyeva özünün yaşadığı və yaşlı nəslin nümayəndələrinin erməni zülmü barədə danışdığı hadisələrdən söz açıb: “Nənə-babalarımız danışırdılar ki, o vaxt ermənilər gəlib bizim qızlarımıza, gəlinlərimizə, cavan oğlanlarımıza nə qədər zülmlər ediblər. Yəni bizim yaşlılarımız gözəl qızlarımızı təndirdə, qalaqların içində gizlədiblər. Masisdə bizim azərbaycanlıların oğlan-qız toyunda oğlan başı kəsiblər. Yəni belə vəhşilikləri eşidirdik".

Onun sözlərinə görə, 1988-ci il iyunun 10-da ilk qaçaqaç düşüb: “Kəndə xəbər gəldi ki, rayonda katibi vurublar, bıçaqlayıblar, ermənilər bütün kəndlərə gəlir, qırğındır. Əslində, onlar bizdən çox qorxurdular, bizə türk deyirdilər. Elə bilirdilər biz hamımız silahlıyıq. Amma bu xəbər necəsə yayılmışdı. Yağış yağırdı, axşama doğru idi. Çox güclü dolu yağmağa başladı. Bu xəbər gələndə mən özümü itirdim, nə edəcəyimi bilmədim. Biz böyük ailə idik, ailədə 8 uşaq idik. Mən ayaqyalın, başıaçıq qaça-qaça çayı keçməyə çalışdım. Çay çox gur gəlirdi. Bütün uşaqlar, böyük, ata-ana bir-birini heç tapa bilmirdi. Biz sərhədə doğru, Türkiyə sərhədinə doğru qaçmağa başladıq. Yolda maşınlar götürə bildiklərini, yaşlıları götürdü. Dağlarda çayırlıq var idi. Biz heç nəyi fikirləşmədən gedirdik. Sonra bizi yoldan geri qaytardılar. Əsgərlər gəldi, bizi qaytardılar və dedilər ki, narahat olmayın. Dağın başında Ellər kəndi var idi, bizi ora yığdılar. Bizi əsgərlər orada qorumağa başladılar. Heç yadımdan çıxmır, gecəni heç yatmadıq. Səhərədək bütün maşınlar rayon yolunda dayanmışdı”.

F.Əliyeva Vətən həsrətinin tezliklə bitəcəyini və doğma kəndinə qovuşacağını söyləyib: “İnşallah o günləri biz yaşayarıq. Ən birinci Allahımız bizə yaşadar. Sonra elə Prezidentimizin köməyi ilə öz millətimiz, öz gücümüzlə bunu yaşayarıq. Dua edirəm ki, Allah bizə o günləri yaşatsın. İnşallah gücümüz yerindəykən biz gedə bilərik ora və biz orada yaşaya bilərik. Mən gedib oranın daşını, divarını, torpağını, hər şeyini öpərəm...”

Onun qız nəvəsi Ümid Səmədov Bakıda doğulub böyüsə də, nənəsinin yurduna getmək istəyini belə ifadə edib: “Mən Türkiyəyə getmişdim. Oradan da dağa çıxdım, nənəmin kəndinə baxdım. Mən də istəyirəm oraya gedim...”

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Verilişi "Baku TV yutub kanalında da izləmək mümkündür.

Daxili siyasət Daxili siyasət
Keçmiş nazir: "Urmiyə gölünün qurudulması ciddi xəstəliklərin yaranmasına səbəb olacaq"

Keçmiş nazir: "Urmiyə gölünün qurudulması ciddi xəstəliklərin yaranmasına səbəb olacaq"

Daxili siyasət Daxili siyasət
İmişlidə Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilib

İmişlidə Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilib

Daxili siyasət Daxili siyasət
Kamran Əliyev üç rayona yeni prokuror təyin edib

Kamran Əliyev üç rayona yeni prokuror təyin edib

Daxili siyasət Daxili siyasət
Bakı İnzibati Məhkəməsinin kollektivi Heydər Əliyev Mərkəzini ziyarət ediblər

Bakı İnzibati Məhkəməsinin kollektivi Heydər Əliyev Mərkəzini ziyarət ediblər

Daxili siyasət Daxili siyasət
Müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İES-nin təməlqoyma mərasimi keçirilib - YENİLƏNİB

Müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İES-nin təməlqoyma mərasimi keçirilib - YENİLƏNİB

Daxili siyasət Daxili siyasət
Naftalanda Xocalı faciəsi anılıb 

Naftalanda Xocalı faciəsi anılıb 

Daxili siyasət Daxili siyasət
XİN erməni təxribatı ilə bağlı məlumat yayıb

XİN erməni təxribatı ilə bağlı məlumat yayıb

Daxili siyasət Daxili siyasət
Doğmalarına qovuşan şəhər – Laçından REPORTAJ

Doğmalarına qovuşan şəhər – Laçından REPORTAJ

Daxili siyasət Daxili siyasət
Bakıda Ümumdünya Qaçqınlar Gününə həsr olunan tədbir keçirilib

Bakıda Ümumdünya Qaçqınlar Gününə həsr olunan tədbir keçirilib

Daxili siyasət Daxili siyasət
İtkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilmiş daha 10 nəfərin adı açıqlanıb - SİYAHI

İtkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilmiş daha 10 nəfərin adı açıqlanıb - SİYAHI

Daxili siyasət Daxili siyasət
Vaşinqtonda ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Vaşinqtonda ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Daxili siyasət Daxili siyasət
Fuad Nəcəfli: "Zəngəzur dəhlizi reallaşdırıldıqdan sonra Naxçıvan üçün böyük perspektivlər açılır"

Fuad Nəcəfli: "Zəngəzur dəhlizi reallaşdırıldıqdan sonra Naxçıvan üçün böyük perspektivlər açılır"