Hacıqabul sakinində "AKS-74" markalı avtomat və patronları aşkarlanaraq götürülüb

Hacıqabul sakinində "AKS-74" markalı avtomat və patronları aşkarlanaraq götürülüb

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Birxeber.Az”a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər narkotiklərə görə məhkum olunmuş Alxan Ağarəhimov saxlanılıb.

Onun əlində olan torbaya keçirilən baxış zamanı 1 ədəd atəşə yararlı "AKS-74" markalı avtomat, həmin silaha aid daraq və 29 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü olaraq təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində rayon sakinləri tərəfindən bir ədəd avtomat, 200-ə yaxın patron, 9 ədəd UZRQM partladıcısı, eləcə də 2-si yivli olmaqla 7 ədəd odlu silah könüllü olaraq polis şöbəsinə təhvil verilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.