Onlarla təşkilat Baydendən Yaxın Şərqə zərbə endirməməyi xahiş edib

Onlarla təşkilat Baydendən Yaxın Şərqə zərbə endirməməyi xahiş edib

Onlarla ictimai təşkilat ABŞ prezidenti Co Baydendən ABŞ qüvvələrinə regiondakı hücumlara cavab olaraq İrana və Yaxın Şərq ölkələrinə zərbələr endirməkdən çəkinməyi xahiş edib.

Birxeber.Az-nın məlumatına görə, bu barədə “Politico” qəzeti məlumat yayıb.

"Cənab Prezident, cavab bombardmanları bölgəyə sülh gətirməyəcək və ya bu münaqişələri həll etməyəcək; bunun əvəzinə, ABŞ-ı heç bir vaxt məhdudiyyəti olmayan fəlakətli çoxtərəfli münaqişəyə cəlb edə bilər” – müraciətdə deyilir.

Müraciət 80 təşkilatın nümayəndələri tərəfindən imzalanıb. Bunlara veteran assosiasiyaları, xarici siyasət və təhlükəsizlik ekspertləri, insan haqları və dini təşkilatlar daxildir.