Lourens Broers: “ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərini normallaşdırmaq səyləri daha da artıb”

Lourens Broers: “ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərini normallaşdırmaq səyləri daha da artıb”

“ABŞ Brüssel formatı müvəqqəti dayandırılan zaman danışıqlar prosesinin dəstəklənməsində əsas rol oynayaraq, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasında daha fəal rol oynamağa başlayıb”.

Bunu “Birxeber.Az”a açıqlamasında Qafqazdakı münaqişələri araşdıran britaniyalı politoloq Lourens Broers deyib.

Onun sözlərinə görə, ötən ayın əvvəlində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri və onların komandaları Vaşinqtonda indiyədək görünməmiş müddətdə danışıqlar aparıblar və görünür, münasibətlərin normallaşması istiqamətində müəyyən irəliləyiş əldə ediblər: “Bunun ardınca isə mayın 14-də Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş nazir Nikol Paşinyan və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel arasında baş tutan görüşlə Brüssel formatı bərpa olunub. Görünən odur ki, “Avro-Atlantik” treki bir neçə aylıq fasilədən sonra yenidən işə düşüb”.

L.Broers qeyd edib ki, bu, həm tərəflərin danışıqlar masasına qayıtması, həm də dövlətlərarası səviyyədə olan çox sayda məsələlərin həlli baxımından vacibdir: “Buraya Azərbaycan və Ermənistan arasında razılaşmanın əldə edilməsinin mümkün olduğu sərhədlərin delimitasiyası və humanitar məsələlər daxildir”.

“ABŞ-ın uzun illərdən sonra ilk dəfə bu işdə belə fəal iştirak etməsi də vacibdir. ATƏT-in Minsk qrupunun dağılmasından sonra Avropa və ABŞ Ermənistan-Azərbaycan sülhünün bərqərar edilməsi üzrə danışıqlara sadiqliklərini artırıblar. Bu da həm Bakıda, həm də İrəvanda müsbət qarşılanır”, - o əlavə edib.

Xarici siyasət Xarici siyasət
Azərbaycan 1970-ci il Konvensiyasının Yardımçı Komitəsinə üzv seçilib

Azərbaycan 1970-ci il Konvensiyasının Yardımçı Komitəsinə üzv seçilib

Xarici siyasət Xarici siyasət
Azərbaycan BMT, Dünya Bankı və Aİ ilə azad olunan üç rayonda bərpa və yenidənqurma ehtiyaclarının birgə dəyərləndirilməsini həyata keçirib

Azərbaycan BMT, Dünya Bankı və Aİ ilə azad olunan üç rayonda bərpa və yenidənqurma ehtiyaclarının birgə dəyərləndirilməsini həyata keçirib

Xarici siyasət Xarici siyasət
Azərbaycan lideri: “Fransa Ermənistana indi himayədarlıq edir, onlar bir-birinə bacı deyirlər”

Azərbaycan lideri: “Fransa Ermənistana indi himayədarlıq edir, onlar bir-birinə bacı deyirlər”

Xarici siyasət Xarici siyasət
Azərbaycan sülhməramlılarla bağlı Rusiyaya nota təqdim edib

Azərbaycan sülhməramlılarla bağlı Rusiyaya nota təqdim edib

Xarici siyasət Xarici siyasət
Hikmət Hacıyev: "İtkin düşmüşlərin taleyinin müəyyən edilməsi barışıq prosesinin mühüm hissəsidir, amma Ermənistan bu faktları gizlədir"

Hikmət Hacıyev: "İtkin düşmüşlərin taleyinin müəyyən edilməsi barışıq prosesinin mühüm hissəsidir, amma Ermənistan bu faktları gizlədir"

Xarici siyasət Xarici siyasət
Ceyhun Bayramov: “Hələ də tapılmayan və məlumat ala bilmədiyimiz vətəndaşlarımız var"

Ceyhun Bayramov: “Hələ də tapılmayan və məlumat ala bilmədiyimiz vətəndaşlarımız var"

Xarici siyasət Xarici siyasət
Ayxan Hacızadə: "Lavrov və Mirzoyanın Azərbaycan əleyhinə yalan və iftira dolu fikirlərini qətiyyətlə pisləyir və rədd edirik"

Ayxan Hacızadə: "Lavrov və Mirzoyanın Azərbaycan əleyhinə yalan və iftira dolu fikirlərini qətiyyətlə pisləyir və rədd edirik"

Xarici siyasət Xarici siyasət
Mixail Hessin etiraz məktubu: Almaniya KİV-də Qarabağ haqqında yanlış terminologiya əfsanəsi kök salıb

Mixail Hessin etiraz məktubu: Almaniya KİV-də Qarabağ haqqında yanlış terminologiya əfsanəsi kök salıb

Xarici siyasət Xarici siyasət
Zəfər Günü Parisdə qeyd edilib

Zəfər Günü Parisdə qeyd edilib

Xarici siyasət Xarici siyasət
Azərbaycan Prezidenti Laosun yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

Azərbaycan Prezidenti Laosun yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

Xarici siyasət Xarici siyasət
Ceyhun Bayramov Brüsselə gedib

Ceyhun Bayramov Brüsselə gedib

Xarici siyasət Xarici siyasət
Azərbaycan lideri: "2037-ci ilədək ən azı 6 qeqavatlıq əlavə güc yaratmağı planlaşdırırıq"

Azərbaycan lideri: "2037-ci ilədək ən azı 6 qeqavatlıq əlavə güc yaratmağı planlaşdırırıq"