Argentina polisi yenə etirazçılara qarşı qaz tətbiq edib

Argentina polisi yenə etirazçılara qarşı qaz tətbiq edib

Argentina polisi yola çıxmaq istəyən hökumət əleyhinə etirazçılara gözyaşardıcı qazdan istifadə edib.

Bu barədə “Birxeber.Az” TASS-a istinadən xəbər verir.

Prezident Xavyer Mileyin islahat paketinə qarşı nümayiş bir qrup etirazçının yol hissəsinə keçməyə cəhd etməsinə qədər sakit şəkildə davam edirdi. Qazdan istifadə edildikdən sonra 100-dən çox adamın daxil olduğu etirazçılar səkiyə qayıdıblar.

Bu, Buenos-Ayresdə hökumətin hazırladığı islahat qanun layihəsinin müzakirə olunduğu Konqres binası qarşısında etirazların üçüncü günüdür. Cümə günü sənəd bütövlükdə Deputatlar Palatasında səs çoxluğu ilə təsdiqlənib, gələn həftə ayrı-ayrı maddələr üzrə səsvermənin keçirilməsi gözlənilir. Daha sonra sənəd Senata göndəriləcək.

Xatırladaq ki, etirazçılarla hüquq-mühafizə orqanları əməkdaşları arasında ən şiddətli toqquşma fevralın 1-də baş verib. Polis və jandarm nümayişçilərə qarşı rezin güllə, bibər qazı, şırnaqlı su və dəyənəklərdən istifadə edib.