Aİ-nin Qırmızı dənizdəki missiyasının admirallığı İtaliyaya keçib

Aİ-nin Qırmızı dənizdəki missiyasının admirallığı İtaliyaya keçib

İtaliya Qırmızı dənizdə təhlükəsiz naviqasiyanı təmin etmək məqsədilə Aİ missiyasının taktiki komandanlığına rəhbərlik etmək üçün Avropa İttifaqından sorğu alıb.

“Report” bu barədə ANSA agentliyinə istinadən xəbər verir.

“Avropa İttifaqı İtaliyadan Qırmızı dənizdəki "Aspides" (Qalxanlar) əməliyyatının admirallıq komandanlığını öz üzərinə götürməsini xahiş edib”, - İtaliyanın müdafiə naziri Quido Krozetto bildirib.

Daha əvvəl Krozetto bildirib ki, fevralın 19-da əməliyyat mərhələsinə qədəm qoymalı olan missiyanın baş qərargahı Yunanıstanda yerləşəcək.