KXDR yeni zenit raketini və qanadlı raket döyüş başlığını sınaqdan keçirib

KXDR yeni zenit raketini və qanadlı raket döyüş başlığını sınaqdan keçirib

Şimali Koreya bu həftə super böyük qanadlı raket döyüş başlığının gücünü sınaqdan keçirib və yeni zenit raketini buraxıb.

"Report"un məlumatına görə, bu barədə Koreyanın Mərkəzi Xəbər Agentliyi xəbər yayıb.

Qeyd olunur ki, sınaq fevralın 2-də KXDR-in Raket Elmi üzrə Baş İdarəsi tərəfindən həyata keçirilib və müxtəlif yeni silahların texnologiyalarını kəskin şəkildə inkişaf etdirməyə yönəlib. Agentlik vurğulayıb ki, sınaqlar raket elmləri şöbəsinin müntəzəm fəaliyyəti çərçivəsində həyata keçirilib, regiondakı vəziyyətlə heç bir əlaqəsi yoxdur.

“Bu sınaqlar qonşu ölkələrin təhlükəsizliyinə heç bir mənfi təsir göstərməyib”, - məlumatda vurğulanır.