SOCAR və TPAO memorandum imzalayıb

SOCAR və TPAO memorandum imzalayıb

İyunun 1-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə “Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) arasında İnsan Resurslarının İnkişafına dair Anlaşma Memorandumu imzalanıb.

Bu barədə "Birxeber.Az"a SOCAR-dan məlumat verilib.

Görüşdə Anlaşma Memorandumunun Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının və Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyinin qeyd olunduğu 2023-cü ildə imzalanmasının ölkələrimiz arasında möhkəm dostluq və qardaşlıq, yüksək səviyyəli strateji müttəfiqlik əlaqələrinin növbəti təzahürü olduğu vurğulanıb.

Görüş çərçivəsində TPAO nəzdində fəaliyyət göstərən Zonguldak peşə məktəbində 10 azərbaycanlı tələbənin təhsil almasından məmnunluq ifadə edilib, bu xüsusda qarşılıqlı təcrübə mübadiləsi və birgə təlimlərin təşkili ilə rəqabətədavamlı insan kapitalının gücləndirilməsinin hədəfləndiyi vurğulanıb.

Ölkəmizdə ilk xarici sərmayədarlardan biri olan TPAO şirkətinin ötən illər ərzində SOCAR-la “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, “Bakı-Tbilisi-Ceyhan”, “Cənubi Qafqaz Boru Kəməri” kimi strateji əhəmiyyətli layihələrdə uğurla tərəfdaşlıq etdiyi, SOCAR-ın ən böyük sərmayələrinin qardaş Türkiyəyə yatırıldığı, birgə icra edilən layihələrin hər iki ölkənin dayanıqlı iqtisadi inkişafına, regionun və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verdiyi bildirilib.

Memorandum TPAO Akademiyası və SOCAR tərəfindən təşkil edilən təlimlərdə hər iki şirkətin əməkdaşlarının qarşılıqlı iştirakının təmin edilməsi, uzunmüddətli təcrübə proqramlarının təşkili, alternativ enerji, dekarbonizasiya, davamlı inkişaf, tədqiqat, innovasiya, həmçinin inzibati sahələrdə birgə layihə və tədbirlərin keçirilmə imkanlarının araşdırılmasını nəzərdə tutur.

Energetika Energetika
ICGB IGB-nin sığortaçı seçimini tamamlayır

ICGB IGB-nin sığortaçı seçimini tamamlayır

Energetika Energetika
Azərbaycan nefti 3 % bahalaşıb

Azərbaycan nefti 3 % bahalaşıb

Energetika Energetika
Prezident İlham Əliyev Qazaxıstana səfər edəcək

Prezident İlham Əliyev Qazaxıstana səfər edəcək

Energetika Energetika
G7 və Avstraliya Rusiya neftinin qiymət həddi ilə bağlı razılığa gəlib

G7 və Avstraliya Rusiya neftinin qiymət həddi ilə bağlı razılığa gəlib

Energetika Energetika
Cilberto Piketto Fratin: "İtaliya Azərbaycandan qaz idxalının artırılmasında maraqlıdır"

Cilberto Piketto Fratin: "İtaliya Azərbaycandan qaz idxalının artırılmasında maraqlıdır"

Energetika Energetika
Kadri Simson: "Azərbaycanla əməkdaşlıq təkcə qaz təchizatı ilə məhdudlaşmalı deyil"

Kadri Simson: "Azərbaycanla əməkdaşlıq təkcə qaz təchizatı ilə məhdudlaşmalı deyil"

Energetika Energetika
Azərbaycanda elektrik enerjisinin topdansatışı üzrə müstəqil bazar operatoru yaradıla bilər

Azərbaycanda elektrik enerjisinin topdansatışı üzrə müstəqil bazar operatoru yaradıla bilər

Energetika Energetika
Azərbaycan neftinin qiyməti 98 dollara yaxınlaşıb

Azərbaycan neftinin qiyməti 98 dollara yaxınlaşıb

Energetika Energetika
Britaniyalı nazir: "SGC-nin genişləndirilməsi Avropada qaz təchizatının şaxələndirilməsinə dəstək göstərəcək"

Britaniyalı nazir: "SGC-nin genişləndirilməsi Avropada qaz təchizatının şaxələndirilməsinə dəstək göstərəcək"

Energetika Energetika
Avropada təbii qazın qiyməti 1660 dolları ötüb

Avropada təbii qazın qiyməti 1660 dolları ötüb

Energetika Energetika
Belçikanın energetika naziri Azərbaycana dəvət edilib

Belçikanın energetika naziri Azərbaycana dəvət edilib

Energetika Energetika
“Azpetrol” şirkəti “İlin yanacaqdoldurma məntəqələri şəbəkəsi” seçilib

“Azpetrol” şirkəti “İlin yanacaqdoldurma məntəqələri şəbəkəsi” seçilib