Azərbaycan Ordusu Naxçıvanda komanda-qərargah təlimi keçirib

Azərbaycan Ordusu Naxçıvanda komanda-qərargah təlimi keçirib

2023-cü tədris ilinə hazırlıq planına uyğun olaraq Əlahiddə Ümumqoşun Orduda birləşmə və hissələrlə növbəti komanda-qərargah təlimi keçirilib.

“Birxeber.Az”un yerli bürosu xəbər verir ki, təlim birləşmə, hissə və bölmələrin müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilməsi üçün təlim döyüş həyəcan siqnalı ilə qaldırılaraq təyinat rayonlarına çıxarılmaqla başlanılıb. Cəmləşmə rayonlarında düşmənin pilotsuz uçuş aparatlarına qarşı mübarizə, maskalanma, müdafiə və mühafizə tədbirlərinin yerinə yetirilməsi sualları məşq etdirilib.

Təlimdə qarşıya qərargahlar tərəfindən əməliyyatların planlaşdırılması, əməliyyatların gedişində komandirlər tərəfindən mürəkkəb şəraitdə qərarların qəbuledilməsi, tabelikdəki bölmələrin idarə olunması və motoatıcı bölmələrlə digər qoşun növü bölmələri arasında qarşılıqlı əlaqənin saxlanılması üzrə zabitlərin bacarıqlarının təkmilləşdirilməsi və praktiki vərdişlərinin artırılması kimi məqsədlər qoyulub.

Təlimin növbəti mərhələsində yaranmış taktiki şəraitə uyğun olaraq vəziyyət qiymətləndirilməsi aparılıb, tabelikdə olan birləşmə, hissə və bölmələrin tapşırıqları dəqiqləşdirilib. Planlaşdırmanın gedişində qərargahlar tərəfindən taktiki hesabatlar aparılıb və zəruri məlumatlar hazırlanıb. Müxtəlif rabitə və avtomatlaşdırılmış idarəetmə sistemlərindən istifadə etməklə hissə və bölmələrin idarə olunması üzrə sərəncamların və qrafiki sənədlərin göndərliməsi praktiki olaraq həyata keçirilib.

Təlimə cəlb olunan artilleriya, tankəleyhinə, hava hücumundan müdafiə bölmələrinin ümumqoşun birləşmələri ilə birgə fəaliyyətləri məşq etdirilib. Əsas diqqət bölmələrin dağlıq ərazidə fasiləsiz idarəolunmasına, qarşılıqlı fəaliyyətin və hərtərəfli təminatın təşkilinə yönəldilib.

Təlimin gedişində artilleriya bölmələrinin atəş dəstəyindən faydalanan mexanikləşdirilmiş bölmələr şərti düşmənin canlı qüvvəsinin və döyüş texnikalarının məhv edilməsi üçün taktiki tapşırıqları icra ediblər.

Komanda-qərargah təliminin sonuncu mərhələsində qəbul edilmiş qərarların və aparılmış hesabatların reallığı Simulyasiya Mərkəzində kompüterlər üzərində yoxlanılıb.

Təlimin sonunda icra edilmiş fəaliyyətlərin təhlili aparılan zaman bölmələr arasında uzlaşmış fəaliyyətlərə nail olunduğu, silah və döyüş texnikasının, eləcə də müasir silah sistemlərinin və texniki vasitələrin tətbiqində uğur qazanıldığı qeyd edilib.

HƏRBİ HƏRBİ
Ukrayna Prezidenti Zelenskinin doğma şəhəri Krivoy Roqun müdafiəsinin sirləri açıqlanıb

Ukrayna Prezidenti Zelenskinin doğma şəhəri Krivoy Roqun müdafiəsinin sirləri açıqlanıb

HƏRBİ HƏRBİ
Gürcüstan nümayəndə heyəti Azərbaycan xüsusi təyinatlılarının nümayiş məşğələlərini izləyib

Gürcüstan nümayəndə heyəti Azərbaycan xüsusi təyinatlılarının nümayiş məşğələlərini izləyib

HƏRBİ HƏRBİ
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib

HƏRBİ HƏRBİ
DSX-nin hərbçisi özünü güllələyərək öldürüb

DSX-nin hərbçisi özünü güllələyərək öldürüb

HƏRBİ HƏRBİ
MN: "Ermənistandan Qarabağdakı qeyri-qanuni erməni silahlılarına canlı qüvvə və silah-sursat daşınması intensivləşib"

MN: "Ermənistandan Qarabağdakı qeyri-qanuni erməni silahlılarına canlı qüvvə və silah-sursat daşınması intensivləşib"

HƏRBİ HƏRBİ
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində nəzarətin daha da gücləndirilməsi tapşırığı verilib

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində nəzarətin daha da gücləndirilməsi tapşırığı verilib

HƏRBİ HƏRBİ
Azərbaycan Ordusunun əsgəri silahla ehtiyatsız davranış nəticəsində həlak olub

Azərbaycan Ordusunun əsgəri silahla ehtiyatsız davranış nəticəsində həlak olub

HƏRBİ HƏRBİ
DSX: "İrandan Azərbaycana 18 kq-dan artıq narkotik keçirilməsinin qarşısı alınıb"

DSX: "İrandan Azərbaycana 18 kq-dan artıq narkotik keçirilməsinin qarşısı alınıb"

HƏRBİ HƏRBİ
Azərbaycan Ordusunun Naxçıvandakı bölmələrində məşğələlər keçirilir

Azərbaycan Ordusunun Naxçıvandakı bölmələrində məşğələlər keçirilir

HƏRBİ HƏRBİ
Azərbaycan MN: "Qeyri-qanuni erməni birləşmələri üçün qanunsuz hərbi daşımalar davam edir"

Azərbaycan MN: "Qeyri-qanuni erməni birləşmələri üçün qanunsuz hərbi daşımalar davam edir"

HƏRBİ HƏRBİ
Prezident İlham Əliyev bir qrup şəhid hərbçini təltif edib - SİYAHI

Prezident İlham Əliyev bir qrup şəhid hərbçini təltif edib - SİYAHI

HƏRBİ HƏRBİ
"Zabit ixtisas kursu"nun buraxılış mərasimi keçirilib

"Zabit ixtisas kursu"nun buraxılış mərasimi keçirilib