Konqoda BMT helikopteri atəşə tutulub, xəsarət alanlar var

Konqoda BMT helikopteri atəşə tutulub, xəsarət alanlar var

Konqo Demokratik Respublikasında (KDR) üsyançıların helikopterə atəş açması nəticəsində BMT-nin iki sülhməramlısı yaralanıb.

"Birxeber.Az"un xəbərinə görə, bu barədə BMT-nin Konqo Demokratik Respublikasındakı Sabitləşdirmə Missiyası məlumat yayıb.

"İki sülhməramlı yaralanıb, onlardan birinin vəziyyəti ağır qiymətləndirilir", - "France-Presse" agentliyi missiyadan sitat gətirib.

Helikopter təhlükəsiz yerə enə bilib.

Hadisə Qoma şəhəri yaxınlığında baş verib. İnsidentdə hazırda Qomaya hücum təşkil etməyə çalışan “23 Mart Hərəkatı” qruplaşmasının silahlıları şübhəli bilinir.