Bakıda yol qəzasında sürücü ölüb - FOTO

Bakıda yol qəzasında sürücü ölüb - FOTO

Bakının Binəqədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza DSK yolunda qeydə alınıb. Yük avtomobili "Kia" markalı minik avtomobilini əzib. Eyni markalı digər minik maşınına da ziyan dəyib. Aşan yük maşını yol kənarında hasarı da dağıdıb.

Hadisə nəticəsində yük maşının sürücüsü 1975-ci il təvəllüdlü Dünyamalıyev Asif Həsən oğlu ölüb.

Əraziyə polis əməkdaşları cəlb edilib. Hadisənin təfərrüatı araşdırılır.