ABŞ İraq və Suriya ərazisinə zərbə endirib

ABŞ İraq və Suriya ərazisinə zərbə endirib

ABŞ Mərkəzi Komandanlığı İraq və Suriyada iranyönlü qruplara zərbələrin endirilməsini təsdiqləyib.

APA xəbər verir ki, bu barədə Mərkəzi Komandanlığın saytında məlumat verilir.

“ABŞ İraq və Suriyada 85-dən çox hədəfi vurub və 125-dən çox dəqiq idarə olunan hərbi sursatdan istifadə edib” – deyə məlumatda qeyd edilir.