ABŞ İordaniyada hərbçilərinin həlak olduğu obyektin müdafiəsini gücləndirib

ABŞ İordaniyada hərbçilərinin həlak olduğu obyektin müdafiəsini gücləndirib

ABŞ yanvar ayında İordaniyada üç hərbçisinin ölümü ilə nəticələnmiş, pilotsuz təyyarənin hücumuna məruz qalan “Tower 22” hərbi obyektində müdafiəni gücləndirib.

"Report"un məlumatına görə, bu barədə "Associated Press" məlumat yayıb.

Məlumata görə, postda 350-yə yaxın Amerika hərbçisi var. Agentlik ABŞ hərbçilərinin obyektin müdafiəsini necə gücləndirdiyi barədə dəqiq məlumat vermir.

ABŞ səlahiyyətliləri daha əvvəl İordaniyadakı Amerika əsgərlərinin İŞİD tərəfindən hücuma məruz qaldığını bildirmişdilər. Pentaqonun məlumatına görə, bu zərbə nəticəsində Amerikanın 3 hərbçisi həlak olub, 40-dan çoxu yaralanıb.

ABŞ baş verənlərə görə də İranı təqsirləndirib. Prezident Cozef Bayden daha əvvəl təsdiqləyib ki, o, Vaşinqtonun İordaniya-Suriya sərhəddindəki hücuma dəqiq necə cavab verəcəyi ilə bağlı artıq qərar verib.