Nazirlik sözçüsü: "İnsanlar sel hadisəsi ilə bağlı xəbərdarlıqlara əməl etmirlər"

Nazirlik sözçüsü: "İnsanlar sel hadisəsi ilə bağlı xəbərdarlıqlara əməl etmirlər"

"Hidrometeoroloqlar tərəfindən verilən hava proqnozlarına, xəbərdarlıqlara, çaylardakı sel-daşqın təhlükəsi ilə bağlı əhaliyə edilən müraciətlərə baxmayaraq təəssüf ki, bəzən vətəndaşlarımız tərəfindən hava haqqında verilən xəbərdarlıqlara məhəl qoyulmur, güclü külək və sel-daşqın təhlükəsinin fərqinə varılmır".

"Birxeber.Az" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.

O, hava şəraiti ilə bağlı əhalinin ehtiyatlı davranmaları üçün zəruri məqamları açıqlayıb.

"Vətəndaşlardan artıq dərəcədə xahiş edirik ki, hazırkı gursululuq dövrünü nəzərə alaraq hava durumu ilə bağlı məlumatlara diqqətlə yanaşsınlar, sel-daşqın hadisələrinin olması ehtimalı barədə hidrometeoroloqlar tərəfindən verilən xəbərdarlıqlara ciddi əməl etsinlər. Dağlıq və dağətəyi ərazilərdə sel və daşqın olması ehtimalını nəzərə alaraq vətəndaşlarımızın çayların keçdiyi ərazilərə yaxın yerlərdə sululuğun artdığı müddətdə orada olması tövsiyə edilmir. Çünki çayların məcrasına yaxın ərazilər daim təhlükəli yerlərdir. Çayların məcrasına yaxın, yaxud onun kənarlarında müvəqqəti və ya daimi yerləşməsinlər, piknik üçün bu əraziləri seçməsinlər, mal-qaranın çay məcrası istiqamətinə yönəldilməsinə yol verməsinlər”.

İ.İbrahimovanın sözlərinə görə, təəssüf ki, insanlar sel hadisəsinin yaradacağı fəsadların fərqinə varmırlar, təhlükənin ciddiliyini nəzərə almırlar, sel prosesini yaxından izləyirlər, ərazini tərk etmək əvəzinə hətta “selfie” çəkirlər. Düşünmürlər ki, bu, çox təhlükəlidir. Axın hər an istiqamətini dəyişə bilər. Bir daha bildirirəm, xəbərdarlıqlar ciddiyə alınmalı, sel-daşqın hadisəsi başlayan kimi dərhal ərazi tərk edilməlidir.

Nazirlik sözçüsü onu da bildirib ki, küləkli havada uşaqlar nəzarətsiz buraxılmamalı, nəqliyyat vasitələri iri gövdəli ağacların altında saxlanılmamalıdır. Çünki güclü külək nəticəsində hətta sağlam, irigövdəli ağacların belə aşma, budaqlarının sınma təhlükəsi var”, - qurum rəsmisi qeyd edib.

İ.İbrahimova bildirib ki, hava şəraiti ilə əlaqədar ictimaiyyətə mütəmadi yenilənmiş məlumatlar təqdim olunacaq.

Ekologiya Ekologiya
Hacıqabulda Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

Hacıqabulda Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

Ekologiya Ekologiya
Şirvan şəhərində kanalizasiya suları Kür çayına axıdılır

Şirvan şəhərində kanalizasiya suları Kür çayına axıdılır

Ekologiya Ekologiya
Laçın, Cəbrayıl və Zəngilanda ağacəkmə aksiyaları keçirilib

Laçın, Cəbrayıl və Zəngilanda ağacəkmə aksiyaları keçirilib

Ekologiya Ekologiya
Sabah hava meteohəssas insanlar üçün əlverişli olacaq

Sabah hava meteohəssas insanlar üçün əlverişli olacaq

Ekologiya Ekologiya
Azərbaycanın bəzi ərazilərində şimşək çaxıb, leysan yağıb, Gəncəçay-Zurnabad çayından sel keçib

Azərbaycanın bəzi ərazilərində şimşək çaxıb, leysan yağıb, Gəncəçay-Zurnabad çayından sel keçib

Ekologiya Ekologiya
Sabah bəzi ərazilərdə yağış yağacaq, güclü külək əsəcək

Sabah bəzi ərazilərdə yağış yağacaq, güclü külək əsəcək

Ekologiya Ekologiya
AMEA: “Qırmızı kitab"ın lll nəşrinə bundan əvvəlki nəşrlərdəki bəzi növlər daxil edilməyib"

AMEA: “Qırmızı kitab"ın lll nəşrinə bundan əvvəlki nəşrlərdəki bəzi növlər daxil edilməyib"

Ekologiya Ekologiya
Umayra Tağıyeva: “İqlim dəyişmələrinə uğurlu adaptasiya ilə onun mənfi fəsadlarından faydalanmaq olar”

Umayra Tağıyeva: “İqlim dəyişmələrinə uğurlu adaptasiya ilə onun mənfi fəsadlarından faydalanmaq olar”

Ekologiya Ekologiya
Bir çox əraziyə leysan xarakterli yağış yağıb - FAKTİKİ HAVA

Bir çox əraziyə leysan xarakterli yağış yağıb - FAKTİKİ HAVA

Ekologiya Ekologiya
Cəlilabadda yol kənarında əkilən şam ağacları kütləvi şəkildə məhv edilib

Cəlilabadda yol kənarında əkilən şam ağacları kütləvi şəkildə məhv edilib

Ekologiya Ekologiya
Azərbaycanda qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?

Azərbaycanda qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?

Ekologiya Ekologiya
ETSN: "Bu il qar ehtiyatı azalıb, çaylarda sululuğun normadan aşağı olacağı gözlənilir"

ETSN: "Bu il qar ehtiyatı azalıb, çaylarda sululuğun normadan aşağı olacağı gözlənilir"