Azərbaycan, Türkiyə və Gürcüstan birgə hərbi təlimi keçiriləcək - FOTO
17-28 oktyabr tarixlərində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2022” təlimi keçiriləcək.
Birxeber xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Türkiyədə təlimin ilk planlama iclası baş tutub.
İclasa Türkiyə, Azərbaycan və Gürcüstan nümayəndələri qatılıb.
Birxeber