Azərbaycanda respondentlərin 69.8%-i əsasən yerli televiziyaları izləyir - SORĞU

Azərbaycanda respondentlərin 69.8%-i əsasən yerli televiziyaları izləyir - SORĞU

Azərbaycanda respondentlərin 69.8%-i əsasən yerli televiziya kanallarına, 12.0%-i xarici televiziya kanallarına üstünlük verir.

“Report”un xəbərinə görə, bu, Sosial Tədqiqatlar Mərkəzinin (STM) keçirdiyi sorğunun nəticəsində məlum olub.

Sorğu vətəndaşların məlumat mənbələri arasında televiziyanın ilk sırada qərarlaşdığını göstərib. Bu istiqamətdə növbəti rəy sorğusundan əldə olunan nəticələr yerli, yoxsa xarici televiziya yayımlarına üstünlük verildiyini, eləcə də daha çox hansı növ proqramların izlənildiyini müəyyən etməyə imkan verib.

Ümumi nəticələrə görə, respondentlərin 81.8%-i televiziya kanallarını izlədiyini, 18.2% izləmədiyini bildirib. O cümlədən, sorğuda iştirak edənlərin 69.8%-i əsasən yerli televiziya kanallarına, 12.0%-i xarici televiziya kanallarına üstünlük verdiyini ifadə edib.

Nəticələr respondentlərin yaş qrupu, gender mənsubiyyəti və yaşayış yerinin növünə görə fərqlənib.

Aşağı yaş qruplarından yuxarı yaş qruplarına doğru televiziya kanallarını izlədiyini bildirənlərin sayında artım qeydə alınır. Xatırladaq ki, ötən sorğular gənc nəslin əsas məlumat mənbələri kimi internet resurslarının, sosial şəbəkələrin ön planda olduğunu göstərib. Hazırkı sorğu da televiziya kanallarını izləməyənlərin daha çox 18-24 yaş qrupu (46.2%) iştirakçılar olduğunu müəyyən edib.

Kənd ərazi vahidlərində yaşayan respondentlərin 87.6%-i, şəhərdə məskunlaşanların isə 77.0%-i televiziya kanallarını izlədiyini bildirib. Kəndlərdə yaşayan respondentlərin 93.8%-i əsasən yerli, 6.2%-i əsasən xarici kanalları izlədiyini ifadə edərkən, şəhərdə yaşayanlar üzrə bu göstəricilər 80.5% və 19.5%-ə bərabər olub.

Nəticələri gender aspektindən nəzərdən keçirdikdə, qadınların 86.1%-i, kişilərin 77.7%-i televiziya kanallarını izlədiyini bildirib.

Respondentlərin hansı növ proqramları daha çox izləməsinə gəlincə, bu barədə ardıcıllıq yerli və xarici kanal izləyiciləri üzrə fərqlənir. Yerli kanalları izləyənlər daha çox xəbər və analitika proqramlarını qeyd edərkən, xarici kanallar üzrə film və serial izləyiciləri üstünlük təşkil edib.

“Xəbər və analitika” cavabı ən çox yaşı 65-dən yuxarı olan, “film və seriallar”, “şou və əyləncə” cavabları daha çox orta yaş qrupu iştirakçılar tərəfindən seçilib.

“İctimai-siyasi” məzmunlu proqramlar daha çox ali təhsillilər, film və seriallar, şou və əyləncə tipli proqramlar orta təhsilli iştirakçılar tərəfindən izlənilir.

Qeyd edək ki, sorğular mayın 14-17-də könüllü iştirak əsasında 18 yaşından yuxarı 384 respondent arasında keçirilib, anonimlik tam qorunub. Sorğularda telefonla müsahibə formasından istifadə edilib və 12 iqtisadi rayon əhatə olunub. Bu məqsədlə müvafiq məlumat bazasından sözügedən iqtisadi və inzibati rayonlara (şəhərlərə) aid stasionar telefon nömrələri təsadüfi qaydada seçilərək zənglər olunub. Sorğunun seçmə çərçivəsi ölkə üzrə əhali sayının paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. Nəticələrin əminlik intervalı 95%, xəta payı 5%-ə bərabərdir.

Daxili siyasət Daxili siyasət
Müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İES-nin təməlqoyma mərasimi keçirilib - YENİLƏNİB

Müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İES-nin təməlqoyma mərasimi keçirilib - YENİLƏNİB

Daxili siyasət Daxili siyasət
Mehriban Əliyeva Qarabağdan yeni paylaşım edib

Mehriban Əliyeva Qarabağdan yeni paylaşım edib

Daxili siyasət Daxili siyasət
Nazir müavini Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı çağırış edib

Nazir müavini Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı çağırış edib

Daxili siyasət Daxili siyasət
Qərbi Azərbaycan İcması və Dövlət Agentliyinin rəhbərliyi arasında görüş keçirilib

Qərbi Azərbaycan İcması və Dövlət Agentliyinin rəhbərliyi arasında görüş keçirilib

Daxili siyasət Daxili siyasət
Azərbaycan Prezidenti: "Ermənistanla sülh müqaviləsi beş prinsip əsasında imzalana bilər"

Azərbaycan Prezidenti: "Ermənistanla sülh müqaviləsi beş prinsip əsasında imzalana bilər"

Daxili siyasət Daxili siyasət
Azərbaycanda “Yer saatı 2023” qeyd edilib

Azərbaycanda “Yer saatı 2023” qeyd edilib

Daxili siyasət Daxili siyasət
Göyçayda şəhidlərin xatirəsinə inşa edilən bulaq kompleksinin açılışı olub

Göyçayda şəhidlərin xatirəsinə inşa edilən bulaq kompleksinin açılışı olub

Daxili siyasət Daxili siyasət
Sabiq dövlət və hökumət başçıları: “Heydər Əliyev Azərbaycanı dünya ölkələri içərisində tanıdıb”

Sabiq dövlət və hökumət başçıları: “Heydər Əliyev Azərbaycanı dünya ölkələri içərisində tanıdıb”

Daxili siyasət Daxili siyasət
"Azərbaycanın həyatında yeni dövr başlayıb və tarixi zəfərimizin reallıqlarını yaşayırıq" - RƏY

"Azərbaycanın həyatında yeni dövr başlayıb və tarixi zəfərimizin reallıqlarını yaşayırıq" - RƏY

Daxili siyasət Daxili siyasət
Yeni istifadəyə verilən penitensiar müəssisələr ictimaiyyətə təqdim olunub

Yeni istifadəyə verilən penitensiar müəssisələr ictimaiyyətə təqdim olunub

Daxili siyasət Daxili siyasət
Bakıda daun sindromlu uşaqlar üçün 7 günlük yaz düşərgəsi təşkil olunur

Bakıda daun sindromlu uşaqlar üçün 7 günlük yaz düşərgəsi təşkil olunur

Daxili siyasət Daxili siyasət
Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilən təqdimat olacaq

Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilən təqdimat olacaq