ABŞ-nin Ukraynaya yeni yardım paketinə “Avenger” və “Patriot” üçün raketlər daxildir
ABŞ-nin Ukraynaya yeni yardım paketinə “Avenger” və “Patriot” üçün raketlər daxildir.
“Report”
Buraya “Patriot” kompleksləri və “HIMARS” (ing. “High Mobility Artillery Rocket System” – Yüksək Mobilli Raket-Artilleriya Sistemi), “Stinger” və “Avenger” hava hücumundan müdafiə sistemləri üçün əlavə döyüş sursatları, hava hücumundan müdafiə üçün AIM-7 “Sparrow” ilə hava-hava raketləri daxildir. Silahlar siyahısında həmçinin 105 mm-lik tank sursatları, 155 mm və 105 mm çaplı artilleriya mərmiləri, dronlar üçün döyüş sursatları var.