Avropa Liqası: Final oyununda "Roma" fasiləyə üstün yollanıb
Macarıstanın paytaxtı Budapeştdə İspaniya "Sevilya"sı və İtaliya "Roma"sı arasında keçirilən UEFA Avropa Liqasının final oyununda ilk hissə başa çatıb.
"Report"un məlumatına görə, "canavarlar" fasiləyə minimal hesablı üstünlüklə yollanıblar. Yeganə qolu 35-ci dəqiqədə Paulo Dibala vurub.
Macarıstanın paytaxtı Budapeştdə İspaniya "Sevilya"sı və İtaliya "Roma"sı arasında keçirilən UEFA Avropa Liqasının final oyununda hesab açılıb.
"Report"un məlumatına görə, 35-ci dəqiqədə Paulo Dibala "canavarlar"ı önə keçirib.
Macarıstanın paytaxtı Budapeştdə İspaniya "Sevilya"sı və İtaliya "Roma"sı arasında UEFA Avropa Liqasının final oyunu başlayıb.
"Report"un məlumatına görə, "Puşkaş Arena"da keçirilən görüş Bakı vaxtı ilə saat 23:00-da start götürüb.
Qarşılaşmanı ingiltərəli FIFA referisi Entoni Teylor idarə edir.
Bu gün Avropa Liqasının final oyununda üz-üzə gələcək İspaniya "Sevilya"sı və İtaliya "Roma"sının start heyətləri açıqlanıb.
"Report" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:
"Sevilya": 13. Yassin Bunu, 3. Alek Telleş, 6. Nemanya Qudel, 10. İvan Rakitiç, 15. Yussef En-Nesiri, 16. Xesus Navas, 20. Fernando, 21. Oliver Torres. 25. Brayan Gil, 44. Loik Bade, 55. Lukas Okampos
Baş məşqçi: Xose Luis Mendilibar
"Roma": 1 Ruy Patrisiu, 3. İbanyes, 4. Brayan Kristante, 6. Kris Smollinq, 7. Lorentso Pelleqrini, 8. Nemanya Matiç, 9. Teddi Abraham, 19. Zeki Çelik, 21. Paulo Dibala, 23. Canluka Mançini, 37 Leonardo Spinatsola
Baş məşqçi: Joze Mourinyo
Qeyd edək ki, Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.