Bolqarıstan Ukraynaya ilk zirehli transportyor partiyasını göndərib

Bolqarıstan Ukraynaya ilk zirehli transportyor partiyasını göndərib

Bolqarıstan parlamentinin qərarına əsasən Ukraynaya hədiyyə edilən zirehli transportyorların ilk partiyası bu ölkəyə göndərilib.

“Report” xəbər verir ki, bu barədə BGNES agentliyi Bolqarıstanın müdafiə naziri Todor Taqarevin zirehli texnikanın qoşqulara yüklənməsi zamanı çəkdiyi fotoşəkilləri dərc edərək məlumat yayıb.

Xatırladaq ki, ötən ilin dekabr ayında parlamentdəki hakim çoxluq prezidentin texnikanın tədarükü ilə bağlı vetosunu rədd etmişdi. Bununla da Ukrayna tərəfi Bolqarıstan Daxili İşlər Nazirliyinin istifadə etmədiyi mövcud silahlarla zirehli nəqliyyat avadanlığı ilə təmin ediləcək. Burada söhbət cəmi 100-ə yaxın zirehli transportyordan, eləcə də ehtiyat hissələrindən gedir. Təchizatın dəqiq nomenklaturası gizli saxlanılır.

Mütəxəssislərin hesablamalarına görə, texnikanın daşınması üzrə əməliyyat təxminən iki ay çəkə bilər.