Ərdoğan İsveçin Baş naziri ilə NATO-ya üzvlük prosesini müzakirə edib

Ərdoğan İsveçin Baş naziri ilə NATO-ya üzvlük prosesini müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İsveçin Baş naziri Ulf Kristersson arasında telefon danışığı olub.

Birxeber.Az-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.

Danışıq zamanı İsveçin NATO-ya üzvlük prosesi, terrorla mübarizə, Türkiyə-İsveç münasibətləri, regional və qlobal problemlər müzakirə edilib.

Prezident Ərdoğan Türkiyənin NATO-ya üzvlüyündən sonra İsveçin müttəfiqlik ruhuna uyğun olaraq üçtərəfli memorandumdan irəli gələn öhdəliklərini yerinə yetirəcəyinə inandığını bildirib.

Bundan əlavə, o, iki ölkənin Təhlükəsizlik və Əməkdaşlıq Mexanizmini işə salmasının lazım olduğunu və İsveçin terrorla mübarizədə Türkiyəyə dəstəyinin vacibliyini bildirib.