Azərbaycan İnvestisiya Holdinqi auditor seçir
Azərbaycan İnvestisiya Holdinqi üçün 2020-2024-cü illərin maliyyə hesabatlarının beynəlxalq audit standartlarına uyğun auditi üçün açıq tender elan edib.
“Birxeber.Az” xəbər verir ki, tenderdə iştirak haqqı 350 manatdır.
İddiaçılar ilkin sənədləri iyunun 22-si, saat 17:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə iyulun 5-i, saat 17:00-a qədər holdinqin Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, 6 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.
Təkliflərə iyulun 6-da, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq.